Əlaqə Arxiv
news Image
2014.05.12
21:15
| A A A
Səhiyyə naziri vətəndaşlarla görüşəcək

Oqtay Şirəliyev Quba Diaqnostika mərkəzində vətəndaşları qəbul edəcək. 

Movqe.az-ın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səhiyyə Naziri Oqtay Şirəliyev 14.05.2014 –cü il tarixində saat 11:00-da Quba Diaqnostika Mərkəzində vətəndaşları ilə görüşəcək.


Nazir Quba şəhər vətəndaşları ilə yanaşı ətraf rayonlardan olan Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qubadlı və Sumqayit şəhər sakinlərinin də səhiyyə sahəsinə dair maraqlandıran suallarını cavablandıracaq.


Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.


Qəbula yazılmaq istəyən vətəndaşlar Quba Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilərlər.


Sizin Reklam Yeriniz