news Image
2012.04.06
15:16
| A A A
Yuxusuzluqdan əziyyət çəkənlərin nəzərinə

Fəsil dəyişilldikcə insan orqanizmində bir çox dəyişikliklər baş verir. Ən böyük dəyişikliklərdən biridə, yuxusuzluqdur.

 

Həkim Şöhrət Talıbovun verdiyi məlumata görə yuxusuzluq halları sonradan insan orqanizmində müxtəlif fəsadlara yol aça bilər.  

 

Yuxusuzluq problemiylə üzləşən insanlar adətətən əsəbi, yorğun, gərgin və halsız olurlar. Bu hallarda yaxşı olardı ki, insanlar həkim müayinəsindən keçsinlər.

 

Yuxusuzluq adətən intellektual və yaradıcı insanların problemidir. Qeyd edək ki, kişilərdən çox qadınlar yuxusuzluqdan əziyyət çəkirlər. Qadınlar kişilərdən fərqli olaraq gənc yaşlarında yuxusuzluqdan şikayət edirlər. Bu isə onların daha çox emosional olmasıyla bağlıdır.

 

Yuxusuzluq halları xəstəliklərdən əziyyət çəkənlərdə də olur. Bu səbəbdən də, insanlar xəstələnərkən özlərini müalicə etməlidirlər.

 

"Stress yuxusuzluğa səbəb olur"

 

Bir çox insanlarda stress yuxusuzluğa səbəb olur. Kiminsə ailəsində və yaxud işində müəyyən problemlər olanda, onlar yuxusuzluqdan şikayətlənirlər. Bu halda bəziləri yuxu gətirici dərmanlara üstünlük verirlər. Lakin buda olduqca ziyandır. Yuxu gətirici dərmanları ancaq 2-3 gün istifadə etmək olar. Daha sonra orqanizm örgəşə bilər.

 

"Düzgün qidalanmadıqda yuxusuzluq yaranır"

 

Hər bir insan düzgün qidalanmadıqda, axşamlar yuxusu pozulur. Bunun səbəbləridə olduqca müxtəlif ola bilər. Bu səbəbdən də, düzgün qidalanmaq olduqca vacibdir. Yaxşı olardı ki, axşamlar yüngül yeməklər yeyəsiz.

 

Əgər artıq yuxusuzluqdan əziyyət çəkirsizsə, günorta yatmamağa çalışın. Çalışın hər gün eyni vaxtda yatmağa çalışın.

 

Türkan Nadirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs