news Image
2014.06.03
12:15
| A A A
Bazarlarda yenə gigiyenik vəziyyət ürəkaçan deyil
İmran Abdullayev: «Bəzi bazar sahiblərinə cərimələr tətbiq edilib, bəzi məhsulların satışı qadağan olunub»

Havaların istiləşməsi ilə bazarlarda gigiyenik qaydalara əməl olunması məsələsi yenidən aktuallaşıb. Çünki, qidalarin isti havada saxlanması daha çətin olur. Meyvə-tərəvəzin, ət məhsullarının üzərinə milçəklərin yığışması, toz-torpağın qidaların üstünə toplanması natəmiz vəziyyət yaradır. 

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev Movqe.az-a bildirib ki, mərkəz tərəfindən bazarlarda işlər görülür: "Hətta bəzi bazar sahiblərinə cərimələr də tətbiq edilib, bəzi məhsulların satışı qadağan olunub. Lakin yenə də problemin birdəfəlik həllinə nail olmaq mümkün olmayıb. Birdəfəlik həlli üçün gərək bazar rəhbərləri də bu istiqamətdə  çalışsınlar. Bu problemlərin qarşısını almaq üçün bazarlarda qidaların, ərzaqların bağlı şəkildə saxlanması qaydası var. Bəzi bazarlarda qaydaya əməl olunur. Amma hamısına aid etmək olmaz. Xüsusən də "8-ci km bazarı" deyilən yerdə vəziyyət ürəkaçan deyil. Burda açıq havada həm meyvə-tərəvəzin satışına, eyni zamanda ağartı məhsullarının, ət məhsullarının satışına rast gəlinir. Havaların istiləşməsi ilə bağlı vəziyyət daha da gərginləşib. Ona görə məsələnin həlli önəmli rol daşıyır.

Dövlət nəzarət orqanı kimi biz "8-ci km bazarı", "Təzə bazar", "Yaşıl bazar"ın sahiblərini inzibati qaydada cərimələmişik və bir sıra məhsulların satışını da qadağan etmişik. Amma bunlar qərarı yerinə yetirmirlər. Bununla bağlı qanunvericilikdə dəyişiklik etmək lazımdır. Məsələnin həlli ilə məşğul olan xüsusi orqan olmalıdır. Səlahiyyətli güc strukturu olmalıdır ki, qərarların icrasına, yerinə yetirilməsinə nəzarət etsin. Əslində, bizdə qərarların icrasına nəzarət edən qərarları icra şöbəsi var. Amma onlar işi tam başa çatdıra bilmirlər. Səbəb isə odur ki, belə açıq qərarların sayı həddən artıq çoxdur". 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs