news Image
2014.06.05
15:05
| A A A
İctimai yerlərdə siqaret qadağası ləngiyir
Adil Qeybulla: «Milli Məclisin hansısa qanunu müzakirə etməsi hələ məsələnin həlli deyil»

Siqaretin zərərləri barədə kifayət qədər deyilsə də, ondan istifadə edənlərin sayında heç də tələb olunan həddə azalma müşahidə olunmur. Burada bir maraqlı məqamı da bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilən insanlarda ölüm riski yaradan əsas 8 xəstəlik var. Bu 8 xəstəliyin 6-sı sırf siqaret çəkməkdən yaranan xəstəlikdir. Bu, əsas sübutdur ki, siqaret çəkmək ölüm riski yaradır. Digər tərəfdən siqaretin tərkibində olan nikotin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən narkotik maddə kimi qəbul olunur. Bu mənada hər gün siqaret çəkən insan yüngül narkomandır. Qeyd edilənlər fonunda siqaretə qarşı mübarizə üçün onun ictimai və qapalı yerlərdə çəkilişinə qadağa qoyulması dəfələrlə gündəmə gətrilsə də, qeyd edilən istiqamətdə hələ də hansısa real addımlar atılmır. 

Səhiyyə üzrə ekspert Adil Qeybulla bildirir ki, uzun müddətdir, bu məsələ Milli Məclisdə müzakirə olunsa da, konkret qərar yoxdur: "Əvvəla ictimai yerlərdə siqaret çəkilməsi birdəfəlik qadağan olunmalıdır. Bu qərar şəklini almırsa, qanunla qadağan olunmursa, insanların mədəniyyəti ilə nəzarətdə saxlanması qətiyyən mümkün deyil. Hesab edirəm ki, qərar olmalıdır ki, ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində insanların siqaret çəkməsinə yol vermək olmaz. Görürsən ki, məsələn, hər hansı şadlıq evində stolda  bir nəfər stolda siqaret çəkir, amma onun tüstüsü ilə xeyli sayda qadın, uşaq, yaşlı zəhərli hava udmuş olur. Ona görə müzakirə olunan qərarı qəti şəkildə qüvvəyə mindirmək lazımdır ki, insanlar bunu eləmək məcburiyyətində qalsınlar. Siqaret çəkmək üçün, beynəlxalq hava limanında xüsusi kabinələr ayrılıb. Həmin kabinələrdə siqaret tüstüsünü çəkən xüsusi ventilyatorlar var ki, bunun nəticəsində tüstüdən ətrafdakılar zərər görmür. Bu cür yerlər hər obyektdə qurulmalıdır. Milli Məclisin hansısa qanunu müzakirə etməsi hələ məsələnin həlli deyil. Qanunun işlək mexanizmi olmalıdır. Buna başlanğıc verilməlidir ki, problem kütləvi şəkildə öz həllini tapa bilsin".   



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs