Əlaqə Arxiv
news Image
2014.06.06
08:10
| A A A
Ermənilər Azərbaycan qarşı su terrorunu genişləndirir
Fərda İmanov: “Sərsəng su anbarı çirkləndirilirsə, oradan çıxan bütün su çirkli gələcək” Fəridə Hüseynova: “Sərsəng su anbarını çirkləndirilməsi ermənilərin özünə də zərərlidir”

Dağılma təhlükəsini yaşayan Sərsəng su anbarı bu dəfə 400 minlik əhalini başqa təhlükə qarşısında qoyub. Belə ki, ermənilər zəbt etdiyi ərazilərimizdə su mənbələrinin qarşısını kəsir, başqa səmtə yönəldir və ya buna nail ola bilmədikdə suları bütövlükdə çirkləndirir və zəhərləyir. Bu fikirləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə də təsdiq edir: "İşğalçı Ermənistanın günahı ucbatından su anbarında ekoloji və texniki böhran yaşanır. Əraziyə yaxın kəndlərimizin əhalisi üçün bu sudan istifadə təhlükəlidir. Ona görə də dövlətimiz işğal altında olan ərazilərə yaxın torpaqlarımızda əkin sahələrinin suvarma suyu ilə, əhalinin isə içməli su ilə təminatını diqqət mərkəzində saxlayır".

Ancaq mütəxəssislər Sərsəng su anbarının ermənilər tərəfindən zəhərlənməsini o qədər də inandırıcı görmürlər. Bu, o arqumentlə əsaslandırılır ki, su anbarından elə ermənilərin özləri də istifadə edirlər.

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı, coğrafiya elmləri doktoru, professor Fərda İmanov bildirdi ki, əvvəllər də belə söhbətlər olub: "Ağstafada Ağstafaçay su anbarı var idi. Onun böyük hissəsi Ermənistan tərəfdə qalıb. Ermənilər o su anbarını çirkləndirirdilər. Həmin ərazidə onların xalçaçılıq kombinatları var idi. Ordan çıxan tullantılarla anbarı çirkləndirirlər. Sərsəng su anbarı çirkləndirilirsə, oradan çıxan bütün su çirkli gələcək. Bu isə, onların özlərinə də ziyandır. Ermənilər Sərsəng su anbarının sahillərində iqtisadi fəaliyyət həyata keçirə bilərlər. Ola bilsin ki, həmin fəaliyyətlə oranı çirkləndirsinlər".

Professor əlavə etdi ki, onsuz da ermənilər Sərsəng su anbarına birbaşa ziyan vururlar: "Azərbaycan su anbarının enerjisindən istifadə edə bilmir. Yayda Tərtər rayonunda suvarma vacibdir, amma ermənilər suyu vermirlər. Qışda isə daşqın olanda anbarın qapılarını açırlar, bununla da daha çox su buraxırlar. Dəyən zərərin miqdarı bir az da artır. Birbaşa fəsadları budur".

Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova da Sərsəng su anbarını çirkləndirilməsi ermənilərin özünə də zərərlidir: "Çünki, Sərsəng au anbarının sahillərində ermənilərin özləri yaşayırlar. Onlar həmin sudan istifadə edirlər. Gürcüstanda beynəlxalq konfransda dedilər ki, Sərsəng su anbarının sahilləri cənnətdir. Sərsəng su anbarı o məqsədlə yaranıb ki, qışda su toplanır. Yayda - suyun qıt olan dövrlərində Aran ərazilərinin suvarılmasında istifadə olunmalıdır. Amma indi isə proses əksinə baş verir. Qış aylarında su bolluğu yaranır, yayda isə qıtlıq olur. Həmin konfransda ermənilər dedilər ki, biz onu göl kimi istifadə edirik: "Öz məqsədlərimizi güdürük. Azərabaycanın problemləri bizim maraqlandırmır". Yəni, göründüyü kimi, onlar sovet dövründə olan məqsədlərin hamısını bir kənara atıblar. Ola bilər ki, Aran rayonlarımıza axan kanallara zəhərləyici gübrələr ata bilər. Ancaq həmin kanallar da öz ərazilərindən axdığı üçün mal-qaraları, torpaqları zəhərləyə bilərlər".

Sizin Reklam Yeriniz