news Image
2012.07.02
13:25
| A A A
Metropolitendə daha bir yenilik

Movqe.Az xəbər verir ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edib. Milli Məclisin ötən gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişiklik Bakı Metropolitenindən istifadə qaydalarının pozulması ilə bağlıdır.

Metro stansiyalarının vestibüllərini, keçid və platformalarını, habelə eskalator və vaqonların zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan sərnişin-maşinist rabitəsindən istifadəyə görə 10 manat miqdarında cərimə müəyyən olunub.

Vaqonlarda, stansiyada, platformada siqaret çəkməyə, vaqonların qapılarının açılıb-bağlanmasına mane olmağa, qatarı ləngitməyə, metropolitenin işçiləri üçün nəzərdə tutulmuş çəpərlənmiş ərazilərə daxil olmağa görə 50 manat, müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədiciləri qoşulmasına görə 70 manat miqdarında cərimə müəyyənləşdirilib.

Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə 100 manat məbləğində cərimə tətbiq olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs