news Image
2014.06.09
10:50
| A A A
Demoqrafik diskriminasiya
Sədaqət Paşayeva: «Bu, ölkəmiz, cəmiyyətimiz üçün ciddi fəsadlara yol aça bilər» Mehriban Zeynalova: «Ultrasəs müayinəsindən keçən qadınlara dölün cinsi barədə abort müddətində məlumatın verilməməsi məqsədəuyğun hesab edilə bilər»

İllərdir ki, aktuallağıın qoruyan məsələlərdən biri də dünyaya gəlməmiş  qız uşaqlarına qarşı ayrı-seçkilik, bu məqsədlə edilən selektiv abortlardır.  Ciddi demoqrafik disbalansa yol aça biləcək bu problemin həlli istiqamətində həm dövlət, həm qeyri-hökümət təşkilatları tərəfindən maarifləndirmə işləri aparılsa da, son araşdırmalar göstərir ki, yenə də vəziyyət dəyişməyib. Hətta selektiv abortlar artan xətt üzrə gedir. 

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin eksperti Sədaqət Paşayeva bildirir ki, görünən budur ki, həyata keçirilən tədbirlər effektli deyil. Ekspert Movqe.az-a açıqlamasında bildirib ki,  daha effektli yol bu işə görə cəzalar müəyyənləşdirilməsidir: "Bu məqsədlə Cinayət Məcəlləsində dəyişikliklər edilməlidir. Həmin şəxslərə ən ağır cəza verilməlidir ki, bu hala birdəfəlik son qoyulsun. İnsanlar bu işi görməkdən çəkinsinlər. Yoxsa ki dəyişməyən bu vəziyyət ciddi demoqrafik fərqə gətirib çıxaracaq, qız uşaqlarının sayının sürətlə azalması ilə nəticələnəcək. Bu, Allahın verdiyinə qarşı çıxmaqdır.  Əgər belə getsə, gələcəkdə qız uşaqlarına olan milli düşüncə tərzi dəyişəcək. Sanki onlar 2-ci, 3-cü dərəcəli məxluq imiş kimi dəyərləndiriləcəklər. Baxmayaraq ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də gender bərabərliyi, hüquq bərabərliyi anlayışı var və bunula bağlı ölkəmizdə ciddi öhdəliklər, konvensiyalar, qanunlar müəyyənləşdirilib, bunların hamısının effekti itəcək. Düşünürəm ki, bu, ölkəmiz, cəmiyyətimiz üçün ciddi fəsadlara yol aça bilər. İnsanları cinsə görə ayırmaq, cinsə görə münasibət bildirmək doğru deyil. Hər bir şəxs  qabiliyyətinə, düşüncəsinə, əməllərinə görə dəyərləndirilməlidir. Belə getsə, bu meyarlar da itəcək". 

Təmiz Dünya ictimai birliyinin sədri Mehriban Zeynalova isə bildirib ki, bu problemin qarşısını almaq üçün ultrasəs müayinəsindən keçən qadınlara dölün cinsi barədə abort müddətində məlumatın verilməməsi məqsədəuyğun hesab edilə bilər. Ələxsus da bu sahədə kişilərin məlumatlandırılması olduqca vacib şərtdir: "Cinsə görə abortun aradan qaldırılması üçün cərimələrin tətbiqi və tibbi personalın xəbərdarlığı və ya hazırlığı olduqca vacibdir. Son zamanlar bu sahədə müzakirələr getsə də, hələ ki, konkret addımlar yoxdur"


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs