Əlaqə Arxiv
news Image
2014.06.10
08:23
| A A A
Yanacağın keyfiyyət problemi…
Zəfər Vəliyev: “Neft məhsullarının son satış qiymətində müxtəlif vəsiləli vergilərin xüsusi çəkisi var”

Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətinin müasir tələblərə cavab vermədiyini rəsmi qurumlar da təsdəqilədi. Belə ki, ilkin olaraq Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirdi ki, Azərbaycanda istehsal olunan yanacaq tam olaraq ölkə tələbatını ödəsə də, keyfiyyəti müasir tələblərə cavab vermir. Ancaq vitse-prezident ARDNŞ yanacağın keyfiyyətinin yüksəldilməsi və əməliyyat xərclərinin yaxşılaşdırılması məqsədi ilə müvafiq işlərin görülməsinə başlanıldığı da qeyd etdi.Bundan baqşqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da Azərbaycanda istehsal olunan benzinin "avro-4" standartına uyğun gəlmədiyini bildirib.Ekspertlər istehsal olunan yanacağın keyfiyyətinin aşağı olmasını ilk növbədə texnoloji qurğlarla bağlı olduğunu deyirlər. Rəsmi etiraflar isə yanacağın qiymətinə yenidən baxılmasını gündəmə gətirir. Belə ki, keyfiyyət aşağıdırsa, qiymətlər indikindən aşağı olmalıdırmı?Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, bu, ilk növbədə texnoloji qurğularla bağlıdır: "Texnoloji qurğularımız 1970-1980-ci illərdə tikilmiş olduğuna görə həmin qurğuların indi istehsal etdiyi neft məhsulları "avro-4" standartlarına cavab vermir. Ona görə də Azərbaycanda yeni, müasir standartlara uyğun avadanlıqlarla təchiz olunmuş neft emalı zavodunun tikilməsinə ehtiyac var. Düzdür, bu istiqamətdə artıq ARDNŞ bir neçə ildir ki, əməli tədbirlər görür. İlin əvvəlində başlayaraq Heydər Əliyev adına Neft Emalı Zavodunda modernləşdirmə işləri aparılır. Əsasən neftin ilkin emal qurğusu olan "katalitik kretinq" və "katalitik reforminq" qurğularında həm texnoloji avadanlıqların yeniləri ilə əvəz edilməsi, həm də məhsuldarlığın artırılması istiqamətində əlavə blokların tikilməsi ilə bağlı müəyyən işlər görüldü. Bu işə Avropanın aparıcı şirkətləri cəlb edilib. Bunlar əsasən neft emalı zavodlarını tikintisi, bu zavodlar üçün texnoloji avadanlıqların təsisatı və quraşdırılması ilə məşğul olan şirkətlərdir. Amma bütün hallarda Azərbaycandakı mövcud neft emalı zavodlarının istehsal etdiyi məqsədli neft məhsullarının keyfiyyət göstəricilərini "avro-4" və "avro-5" standartlarına çatdırmaq istəyiriksə, yeni neft emalı zavodunun tikilməsi qaçılmazdır. Bu istiqamətdə ARDNŞ müəyən işlər aparır. Gələcək planda Qaradağ ərazisində müasir tələblərə cavab verən neft-kimya kompleksinin tikilməsi nəzərdə tutulub".

Ekspert bildirdi ki, neft məhsullarının qiymətləri daxili bazarlarda başqa meyarlarla ölçülür: "Qiymət Azərbaycanın daxilindəki vergi qanunverciliyinin tələblərindən çox asılıdır. Neft məhsullarının son satış qiymətində müxtəlif vəsiləli vergilərin xüsusi çəkisi var. Eyni zamanda bura xam neftin emal xərcləri, həm də qanunverciliyə uyğun vergilər əlavə edilməklə son pərakəndə satış qiyməti formalaşır. Əgər müasir tələblərə cavab verən emal zavodu tikilərsə, artıq həm itkilər aradan qldırılacaq, həm funksional məsrəflər aşağı salınacaq, həm də istehsalın səmərələliliyi təmin olunnacaq. Əgər itkilər və digər enerji məsrəfləri aşağı düşərsə, onda birbaşa son məqsədli neft məhsulunun qiymətinin aşağı salınmasına təsir edə bilər. Amma xarici bazarlarda neft məhsullarının qiyməti neftin qiymətinə bağlıdır".

Ekspertin fikrincə, bu məsələ kadr problemi ilə bağlı ola bilməz: "Hazırda bizim hər iki emal müəssisəmizdə kifayət qədər ixtisaslı kadr var. Ancaq onlar sovet texnologiyasını bilirlər. İndi həmin qurğularda müəyyən dəyişiklər edilib. Amma bu, o demək deyil ki, Azərbaycandakı müasir neft emalı zavodları Avrodakı zavodlarla eyni səviyyədədir. Əgər biz müasir texnologiyalar ilə təchiz olunmuş neft emalı zavodu tikmək istəyiriksə, həmin zavodlarda işləyən kadrlar da müasir texnoloji tələblərə cavab verməldirlər. Yəqin ki, ARDNŞ bu istiqamətdə işlər aparacaq. Ordakı mühəndis- texniki işçilərində böyük qismi bu sahədə ixtisaslaşacaq. Vaxtı ilə belə təcrübə olub. "Azərneftyağ" Neft Emalı Zavodunda ilkin neftin emalı üçün 2 qurğu tikildi. Birini Koreya, digərii isə ABŞ firması tikmişdi. O texnoloji qurğular istismara buraxılana qədər Türkiyə və Bolqarıstan ərazində həmin zavodun mühəndis texniki işçiləri uzunmüddətli kurs keçdilər".

Sizin Reklam Yeriniz