news Image
2014.06.11
11:16
| A A A
Azərbaycanın 15 rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dan 15:00-dək Quba, saat 16:00-dan 18:00-dək Goranboy rayonlarının bir hissəsinə, təmir işləri ilə bağlı saat 13:00-dək Bakının Nərimanov rayonunun bir hissəsinə, qaz nəqli sistemində görülən işlər və 720 mm-lik "Yevlax-Naxçıvan" magistral qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar saat 18:00-dək Tərtər rayonuna, Ağdam, Bərdə, Yevlax, Sabunçu, Ağstafa, Abşeron və Göyçay rayonlarının bir hissəsinə, Pirallahı-Qala magistral avtomobil yolunun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar işlər başa çatanadək Xəzər rayonunun bir hissəsinə, həmçinin 1220 mm-lik "Astara-Qazıməmməd" magistral qaz kəmərində təmir-bərpa işləri əlaqədar 11-13 iyunadək Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

 

Eyni zamanda, 10 iyunda Gəncə şəhərində baş vermiş güclü külək və leysan yağışı ilə əlaqədar texniki təhlükəsilik tədbirlərini nəzərə alaraq, dünən gecə saat 24:00-dan işlər başa çatanadək Gəncə şəhərinin əhali abonentlərini təbii qazla təmin edən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılıb. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs