Əlaqə Arxiv
news Image
2014.06.11
13:56
| A A A
Kompüterlərin müdafiəsi üçün milli antivirus sistemi
Cahid İsmayıl: «Milli antivirus sisteminin yaradılması üçün böyük bir institut qurmaq lazımdır» Rəşad Əliyev: «Azərbaycanda artıq belə antivirus sistemi var»

Son illər bütün dünyada olduğu ki, Azərbaycanda da internetdən istifadə gündən-günə daha da geniş şəkil almağa başlayıb. İnternetdən istifadənin kütləviləşdiyi bir şəraitdə bununla paralel olaraq müxtəlif  kompüter virusları da aktivləşib. Bundan başqa belə məlumatlar dadolaşır ki, bəzi antivirus proqramları istehsalı ilə məşğul olan şirkətlər bu proqramlardan casusluq məqsədilə də istifadə edirlər. Buna qarşı təklif olunur ki, Azərbaycanda da milli antivirus sistemləri yaradılsın. Lakin bu elə də asan proses deyil.  

İnformasiya texnologiyaları üzrə müttəxəssis Cahid İsmayıl deyir ki, milli antivirus sisteminin yaradılması üçün böyük bir institut qurmaq lazımdır: "Həmin institutun uzunmüddətli, böyük təcrübəsi olmalıdır ki, o, indiyə kimi olmuş bütün virusları araşdırsın və baza stansiyasını qursun. Onun da əsasında milli antivirus sistemi yaratsın. Bu, uzun müddət və təcrübə tələb edən məsələdir. Mən inanmıram k, indiki mərhələdə milli antivirus sistemi yarada bilək. İkincisi, mən hesab etmirəm ki, antivirus sistemləri casusluq məqsədilə yaradılsın. Dünyada bir çox məşhur şirkətlər var ki, onlar həm antivirus sistemləri, həm şəbəkə təhlükəsizlik sistemləri təklif edirlər. Bu gün yetərincə mükəmməl sistemlər var ki, bütün dünyada  olduğu kimi Azərbaycanda da onlardan istifadə istifadə edilir. İnanmıram ki, biz milli antivirus sistemi yaradıb onları üstələyək, rəqabətdə onlara qalib gələk". 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzində sektor müdiri Rəşad Əliyev isə Movqe.az-a bildirib ki, Azərbaycanda artıq belə antivirus sistemi var: " "BM Texnologiya" şirkəti belə bir məhsul təqdim edib. Onlar özləri yazmasalar da, hazır antivirus proqramı üzərində müəyyən dəyişikliklər edib milli antivirus kimi artıq bazara çıxarıblar. Artıq bir ildən çox müddətdir ki,  bu məhsul bazarda mövcuddur və öz məhsulumuz kimi təqdim olunur". 


Sizin Reklam Yeriniz