news Image
2014.06.12
10:28
| A A A
Tərtərdə sel 36 evə zərər vurub

"Ötən  gecə Tərtərdə  evlərin zirzəmisinə dolan sel sularını təmizləmək üçün Fövqəladə hallar Komissiyasının əməkdaşları səhərə qədər işləyib. Artıq problem aradan qaldırılıb".

 

Bu barədə Publika.az-a Tərtər rayon İcra Hakimiyyətinin  Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanov məlumat verib. "Borsulu kəndində 4, rayon ərazisində isə ümumilikdə 36 evə ziyan dəyib. Dəmirçilər kəndində zirzəmiyə dolan su təmilənib.  Bir neçə torpaqdan tikilmiş əl damı uçub.  Hazırda komissiya tərəfində zərərin dəyəri öyrənilir.  Aidiyyatı orqanlara məlumat veriləcək, yəqin ki, dəymiş zərər ödəniləcək".

 

Xatırladaq ki, ötən gecə Tərtər rayonunda yağan yağışlar nəticəsində sel suları Borsunlu, Dəmirçilər və Sarov kəndlərində bir neçə evin zirzəmisinə dolub. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs