news Image
2014.06.12
10:30
| A A A
Qadın alverinin yeni marşurutu: Hindistan
Dubay dəbdən düşüb, Dehli, Mumbay və digər şəhərlərin otellərində görünməsi adi hala çevrilib Azərbaycandan qadınların Dubaya axın etməsi bir zamanlar ən aktual mövzu olsa da, sonradan bu məsələ arxa plana keçdi. İllərdən bəri formalaşmış fikir isə bu gün ən ağır təhqir formasına qədər gəlib çatıb. Amma son bir neçə ildə qadın alverinin marşurutunun dəyişməsi kimsənin diqqətini çəkməyib. 
JAM.AZ-ın araşdırmalarına görə, son illər Azərbaycandan Dubaya gedən yüngül əxlaqlı qadınların sayı xeyli azalıb. Bu Birləşmiş Ərəb Əminliklərində (BƏƏ) onların "bazarı"nın zəifləməsi və onların yerini Ukrayna və Rusiyadan gələn qızların tutması ilə izah edilir. Gələn məlumatlarda vurğulanır ki, bir zamanlar "dominant" olan azərbaycanlı qızların Dubayda "mövqeləri"ni itirməsini görən qadın alverçiləri çox keçmədən yeni "bazar" aşkarlayırlar.  Həmin araşdırmalara görə, son illər Azərbaycandan Hindistana gedənlərin sayı xeyli artıb. Onların əsasən iki məqsədlə bu ölkəyə üz tutması isə təsdiqlənmiş məlumatlardandır. Birinci kateqoriyaya aid olan kontingentin nümayəndələri əsasən qızıl və qiymətli daşların ticarəti ilə məşğul olanlardır. Azərbaycan bazarında Hindistan qızılı və brilliantları son iki ildə üstünlük təşkil edir. Həmin ucuz, həm də gəlirli sahə olan bu işlərin izinə düşənlərin sayı xeyli azdır. 
İkinci kateqoriyanın nümayəndələri isə "qədim peşə sahibləri"dir ki, onlar bu "bazarı" iki ilə yaxındır kəşf ediblər. Hindistanda 1 milyarddan artıq insanın yaşadığını düşündükdə, Azərbaycandan qızların bu ölkəyə niyə əxlaqsızlıq üçün getdikləri sualı yaranır. Maraqlı məqam odur ki, qeyd edilən ölkədə fahişəlik heç də asan məsələ sayılmır və buna ciddi qınaq var. Amma kənardan gələnlərlə belə əlaqələrin qurulması çoxlarının diqqətini çəkmədiyindən həmin qınaqdan kənarda qalmaq olur. Ona görə də, müxtəlif ölkələrdən Hindistana gəlmiş qızların Dehli, Mumbay və digər şəhərlərin otellərində rahatlıqla "bazarlıq" predmeti ola bilirlər. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs