news Image
2012.07.03
17:16
| A A A
Bu dərmanları istifadə edənlər, diqqət
Dərman emalçısı GlaxoSmithKline: Paxil, Wellbutrin və Avandia dərmanları haqqında səhv məlumat verərək sağlamlıq sistemini doladığına görə 3 milyard dollarlıq rekord təzminat ödəyəcək.

Movqe.az xəbər verir ki, dünyanın ən böyük dərman şirkətlərindən olan GlaxoSmithKline, haqqında davam edən sui-istifadə iddiasında 3 milyard dollar ödəyərək bərabərlik yaratmağı təmin etdi. Şirkət; Paxil, Wellbutrin və Avandia adlı dərmanları tibbi təhlükəsizliyi barədə tərəflərə yetəri məlumat verməməklə bazara təqdim etməkdə təqsirləndirilir.

İstintaqı icra edən prokuror vəkili Stuart Delery açıqlamasında insan həyatı ilə oynayan bir anlayışa dözümlülük göstərməyicəyini qeyd edib: "Tibb sahəsində fırıldaqçılıq, həyatımıza hər tərəfdən edilən bir hücumdur. Dərman sənayesinin bunları yalnız ticarət həyatının adi parçası olaraq gördüyünü eşidirik. Elə buna görə istintaq, mümkün olan hər vasitə ilə sağlamlıqda fıqırıldağa meydan verməmək üçün mübarizəyə qərarlıdır".

Digər tərəfdən şirkət, ciddi əks təsirlərinə baxmayaraq həkimlərin bu dərmanları reseptə yazması üçün rüşvətə başvurmaqdan təqsirli bilinib.

Ekspert şərhləri, insan həyatının necə heçə sayıldığını ortaya qoyub: "Avandia istifadəsiylə 50 min ilə 100 min arasında diabet xəstəsində, gözlənilməz infarkta rast gəlindi. Bu dərman çox insana pis təsir göstərdi"

Euronewsın xəbərinə görə, Amerika Birləşmiş Ştatlarında indiyə qədərki ən böyük sağlamlıq sui-istifadəsi iddiasında GlaxoSmithKlinein ödəməyi qəbul etdiyi 1 milyard dollarının cinayət cəzası, qalan hissəsinin isə vətəndaş cəzası daxilində olduğu bildirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs