news Image
2014.06.18
12:09
| A A A
BDU-nun tələbəsinin qiymətini kəsiblər
Bakı Dövlət Universitetinin tarix fakultəsinin 1-ci kurs tələbəsiFidan Muradova təhsil aldığı universitetdə qiymətinin kəsilməsi ilə bağlı Movqe.az-ın 449-82 44 nömrəli "Qaynar Xətt"inə zəng edərək məlumat verib. Tələbə bildirib ki, müəllimə fərdi işinə görə ona 5 bal qiymət yazsa da,  bunu fərdi iş jurnalına əlavə  etməyib. Qiymət jurnala əlavə olunmadığından tələbəyə yazılan qiymət nəzərə alınmayıb: "Axı bu mənim günahım deyil. Müəllim fərdi işimə 5 bal yazıb. Qrup nümayəndəsi qiyməti jurnala qeyd etmədiyindən mənim qiymətim nəzərə alınmayıb. Məsələ ilə bağlı Tədris Elektron Mərkəzinə müraciət etsəm də, onlar qiyməti bərpa etməyin mümkünsüz olduğunu söylədilər. Bildirdilər ki, müəllimin və qrup nümayəndəsinin səhvi üzündən bu cür problem yaranıbsa, onlar da bu səhvi düzəltməlidirlər".

Movqe.az məsələyə aydınlıq gətirmək məqsədilə BDU-nun tarix fakultəsinin dekanı Azad Rzayevlə əlaqə saxlayıb. A. Rzayev Movqe.az-ın əməkdaşına əvvəlcə bu problemə müdaxilə etməməyi məsləhət görərək ölkənin daha böyük problemləri ilə məşğul olmağı tövsiyyə edib: "Sizin işiniz universitetdə hər kiçik məsələyə görə mənim vaxtımı almaq yox, daha böyük problemləri işıqlandırmaqdır. O tələbəyə gəlincə, hər kəs cəzasını alacaq. Tələbə də, müəllim də, qrup rəhbəri də. Hər kimin günahı varsa o da cəzalandırılacaq. O tələbəyə də köməklik olunacaq. Əlbəttə məsələ tam araşdırıldıqdan sonra. Məndə olan məlumata görə, o tələbədə də az günah yoxdur".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs