Əlaqə Arxiv
news Image
2014.06.18
14:49
| A A A
Gülər Əhmədovadan "Mərkəz" qəzeti ilə bağlı açıqlama-Özəl

Sabiq millət vəkili Gülər Əhmədova sentyabr ayından "Mərkəz" qəzetinin fəaliyyətə başlaması barədə yazılan xəbərlərə Movqe.az vasitəsilə münasibət bildirib. G. Əhmədova bu xəbərin yalan olduğunu, "Mərkəz" qəzetinin fəaliyyətinin bərpası üçün jurnalistlərdən heç kəslə  işlə bağlı danışıqlar aparmadığını söyləyib: "Vallah bilmirəm bu xəbərləri kim özündən düzüb-qoşub yazır?. Bu xəbərləri kim yayır? Mən heç bununla bağlı danışmaq da istəmirəm. Axı olmayan bir şeydən nə danışım?"

Qeyd edək ki, Müsavat qəzetinin məlumatına görə, Gülər Əhmədova sentyabr ayından fəaliyyətə başlayacaq "Mərkəz" üçün sabiq deputat indidən heyət yığmağa başlayır. Məlumatda bildirilir ki, sabiq deputat yay ayları ərzində səhhətinə, ailəsinə bol vaxt ayırmağı, sentyabr ayından isə "arenalar"a qayıtmağı planlaşdırır. G.Əhmədovanın fəaliyyət göstərəcəyi sahə isə mediadır. Sabiq deputat daha öncə sahibi olduğu "Mərkəz" qəzetinin nəşrini bərpa edəcək. Sentyabr ayından etibarən fəaliyyətə başlayacaq "Mərkəz" üçün sabiq deputat indidən heyət yığmağa başlayır. Bunun üçün media sektorunun tanınmış şəxsləri ilə kontakta girən G.Əhmədovaya böyük media holdinq yaratması üçün tapşırıq verilib.


Sizin Reklam Yeriniz