news Image
2012.07.03
21:33
| A A A
"Gədəbəy Tur" sularında bağırsaq çöpləri tapılıb
Movqe.Az ANS-ə istinadən xəbər verir ki, 894 litr istehlaka yararsız mineral süfrə suyu məhv edilib.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsi, 100 ünvanında "Ulduz-55" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı qazlı və qazsız suların reseptura olmadan istehsal edildiyi, məhsulun etiketində suyun mənbəyi "Gədəbəy rayonu, Slavyanka kəndi" göstərildiyi halda həmin suların qeyd edilən mənbədən olmadığı, habelə istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı aşkar edilib.

 Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bundan başqa, yoxlama zamanı suların etiketlərində məhsulun istehsalında istinad olunan standartın nömrəsi, məhsulun istehsal tarixi barədə məlumatların qeyd edilmədiyi müəyyən olunub.

 Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Gədəbəy Tur" əmtəə nişanlı mineral süfrə sularının tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu aşkar edilib.

 Laborator müayinələrin nəticələrinə əsasən, istehlaka yararsız 894 litr mineral süfrə sularının qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən "Ulduz-55" MMC-yə icrası məcburi göstəriş verilib.

 Qeyd edilən 894 litr mineral süfrə suyu Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

 İstehsal olunan məhsulların markalanmasında istehlakçıların çaşdırılmasına səbəb olan məlumatlardan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə "Ulduz-55" MMC barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs