news Image
2012.07.04
12:20
| A A A
Azərbaycanda müasir körpü istismara verildi
Movqe.Az xəbər verir ki, Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC çərşənbə axşamı Fındıqlı çayı üzərindən keçən Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpünü istismara verib. 

"Leysan yağışları səbəbindən köhnə körpünün dayaqları yararsız vəziyyətə düşmüşdü və SC-nin həyata keçirdiyi sınaq işləri nəticəsində onun qəza vəziyyətində olması haqqında rəy verildi. Bununla əlaqədar yeni müasir körpünün tikintisi haqqında qərar qəbul edildi", - SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Körpünün uzunluğu 96 metr, gediş hissəsinin eni 10 metrdir, körpünün hər iki tərəfində piyadalar üçün səki var. Səkinin eni 1,5 metrdir. Körpünün beş aşırımı mövcuddur.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs