Əlaqə Arxiv
news Image
2014.06.25
11:36
| A A A
Bu gündən magistraturaya qəbul olanların qeydiyyatı başlayır

Bu gündən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyatı başlayır.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Movqe.az- a verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə, qəbul olduqları ali təhsil müəssisəsindən qeydiyyatdan keçməlidirlər.

 

Bakalavrlar qeydiyyatdan keçərkən tələb olunan sənədlər haqqında məlumatı daxil olduqları ali təhsil müəssisəsindən əldə etməlidirlər. Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

 

Qeyd edək ki, bu il magistraturaya ixtisas seçimində iştirak edən 7274 bakalavrdan 5126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3431 nəfəri ali təhsil müəssisələrinin builki, 1695-i isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2101-i oğlan, 3025-i isə qızdır.

Sizin Reklam Yeriniz