news Image
2014.06.30
12:16
| A A A
Qida zəhərlənmələri artmağa başlayır
İmran Abdullayev: «Yay aylarında zəhərlənmələrin ən əsas səbəblərindən biri qidaların düzgün olmayan şəraitdə saxlanmasıdır» Adil Qeybulla: «Yayda zəhərlənmələr ən çox restoran və şadlıq evlərində baş verir»

Qeyd edək ki, bu ilin may ayı ərzində Azərbaycanda əhali arasında 99 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 108 nəfər zərər çəkib. Ümumilikdə bu ilin ilk 5 ayı ərzində Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin statistik göstəricilərinə gəlincə, ötən müddətdə əhali arasında 395 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 439 nəfər zərər çəkib.  Ötən 5 ay ərzində 13 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 19 nəfər zərər çəkib. Bu müddət ərzində qida zəhərlənməsindən ölüm halı yalnız aprel ayında Ağcabədi rayonunda qeydə alınıb.

Mütəxəssislər məsləhət görürü ki, isti mövsümdə çöldə və açıqda satılan yeməklərdən uzaq olmaq lazımdır. Tez xarab olan potensial riskli qidaları, məsələn, ət, yumurta, süd, balıq və s. soyuducudan kənarda çox saxlamaq olmaz. Qidaların alınması, bişirilməsi və saxlanma mərhələsində gigiyenaya diqqət yetirmək də çox vacibdir. 























Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs