Əlaqə Arxiv
news Image
2012.07.05
13:00
| A A A
Ekoloji qanunvericiliyin pozulmasına görə 138 min manat cərimə tətbiq edildi
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ötən ayın ikinci yarısında ölkə ərazisində ekoloji qanunvericiliyin pozulması ilə bağlı 133 fakt müəyyən edilib.

Ümumilikdə, 29 iş üzrə 137 900 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 2457,67 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 168 iş üzrə 29061,37 manat məbləğində ödəmə tətbiq edilib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz