news Image
2012.07.05
12:05
| A A A
Azərbaycanda 12 yaşlı qız yandı
Movqe.Az xəbər verir ki, 12 yaşlı qız hamamda quraşdırılan odun sobasının üzərinə yanacaq tökən zaman alova qərq oldu. 

Regional TV kanalının verdiyi məlumata əsasən, hadisə iyulun 3-ü axşam saatlarında baş verib.

Siyəzən şəhər Fizuli küçəsi 9 ünvanında yaşayan 12 yaşlı Arzu Saleh qızı Mustafayeva hamamda odun sobasından yanıb. O, sobaya yanacaq tökən zaman alov onu bürüyüb. Yaralı ağır vəziyyətdə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Ona sağ əlin, sol və sağ ayağın ikinci dərəcəli texniki yanığı diaqnozu qoyulub.

Hal-hazırda Arzu Mustafayevanın vəziyyəti stabildir.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs