news Image
2014.07.03
11:42
| A A A
İsti havada spirtli içki daha böyük fəsadlara yol açır
Eyyub Hüseynov: «Bu fəsildə, zəhərlənmə hallarının artdığı, orqanizmin həssas olduğu bir zamanda spirtli içki müxtəlif fəsadlara yol aça bilər» Adil Qeybulla: «Alkoqol qəbulundan sonra orqanizmdə baş verən dəyişikliklərə nəzarət etmək imkanı məhdudlaşır»

Spirtli içkilərin qəbulunun orqanizm üçün müəyyən fəsadlar yaratması barədə dəfələrlə deyilib. Lakin son vəziyyətin təhlili Azərbaycanda spirtli içki istehlakıının heç də azalmadığını göstərir. 

Lakin yay aylarında spirtli içkilərdən istifadəni maksimum azaltmaq məsləhət görülür. taistika göstərir ki, məhz bu mövsümdə spirtli içkilərin yaratdığı fəsadlardan həyatını, ən yaxşı halda isə sağlamlığını itirənlər çoxluq təşkil edir. Lakin yay aylarında spirtli içkilərə tələbat çoxalması hallarına da geniş rast gəlinir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov buna səbəb kimi insanların ən çox bu fəsildə istirahətə getməsi, məzuniyyətə çıxmalarını, ziyafət məclislərinpin çox təşkil edilməsini göstərir: "Bəziləri spirtli içki içməyi istirahət kimi qəbul edirlər. Bunu dincəlməyin bir növü hesab edirlər. Daha bilmirlər ki, spirtli içki içməklə əslində, özlərini əbədi istirahətə hazırlayırlar. Əbədi yuxuya doğru gedirlər. Xüsusən indiki vaxtda, müqəddəs Ramazan ayında bu, qətiyyən yolverilməzdir. 

Nəzərə almaq lazımdır ki, xüsusən bu fəsildə, zəhərlənmə hallarının artdığı, orqanizmin həssas olduğu bir zamanda spirtli içki müxtəlif fəsadlara yol aça bilər". 

Həkim Adil Qeybulla Mövqe.az-a açıqlamasında yay aylarında spirtli içkilərdən gələn təhlükələrdən danışıb. Həkim deyir ki, əslində, fəsildən asılı olmayaraq, istənilən vaxda spirtli içki orqanizmə ziyandır. Alkoqolun qəbulu, dində də qadağan olunsa da, insanlar buna özləri nəzarət etməlidirlər: "Alkoqol qəbulu elə vaxta salınmalıdır ki, o, kiminsə istirahətini pozmasın, insanın səhhətinə ziyan vurmasın, həddən ziyadə qəbul olunmasın. Xüsusən isti vaxtlarda alkoqol qəbul etmiş  insanlar Günəş altında qalırlarsa, onları günvurma riski daha çox olur.  Bu hallar xüsusən də  çimərliklərdə, istirahət yerlərində özünü göstərir. Digər tərəfdən alkoqol qəbulundan sonra orqanizmdə baş verən dəyişikliklərə nəzarət etmək imkanı məhdudlaşır. İnsan ağrılarını bilmir. Məsələn, kimin şəkəri varsa, qalxır, amma o, bunu hiss eləmir. Çünki o artıq orqanizmdə baş verən dəyişikliklərə nəzarət etmək imkanını itirir. Bütün bunlar təəssüf ki, bəzi xəstəliklərin ağırlaşmasına, məsələn, mədə xorasının deşilməsinə, ürəkdə işemik dəyişikliklərin artmasına və s. gətirib çıxarır". 

Onu da bildirək ki, spirtli içkilərin tərkibində insan orqanizmi üçün heç bir zəruri maddələr yoxdur. Əksinə, bu içkilərin tərkibindəki maddələrdən azad olmaq üçün orqanizm daha fəal mübarizə aparır. Belə olan halda insanda halsızlıq,yorğunluq əmələ gəlir. Bu özünü yay fəslində daha çox göstərir. Lakin havaların istiləşməsilə əlaqədar spirtli içkilərin orqazimə mənfi təsiri yalnız bununla məhdudlaşmır. Bədəndə maddələr mübadiləsinin pozulmasına səbəb olan spirtli içkilərin yarada biləcəyi xəstəliklərin ciddiliyini təsəvvür etmək o qədər də çətin deyil.

Spirtli içkilərin beyin hüceyrələrinin məhvinə də səbəb olur. Qara ciyər hüceyrələrinin yox olması, yəni serroz xəstəliyi isə danılmaz faktdır. Bunun qarşısını almaq isə insanın öz əlindədir. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs