news Image
2014.07.10
07:38
| A A A
Vətəndaşlar da hakerlərin hücum hədəfinə çevrilir
Cahid İsmayıloğlu: "Vətəndaş bankın verdiyi kartın, elektron poçtunun şifrələrini məxfi saxlamalı, internetdəki müəyyən şübhəli əməliyyatlardan uzaq olmaqla ona cavab yazmamalıdır ki, öz məxfi məlumatlarını oğurlatmasın

Bu gün dünyanı müasir informasiya texnologiyaları, internetsiz təsəvvür etmək qeyri-mümkündür. Artıq internet demək olar ki, hər bir ailənin həyatına daxil olub. Lakin son zamanlar bununla yanaşı haker hücumları da genişlənib. Artıq Azərbaycan da haker hücumlarının hədəfi olan ölkələr sırasındadır. Müxtəlif vaxtlarda bir sıra dövlət qurumları, kütləvi informasiya vasitələrinin saytları, eləcə də ayrı-ayrı vətəndaşlar haker hücumları ilə qarşı-qarşıya qalır.

Bu gün bütün dünyada informasiya təhlükəsizliyinin təmin olunması problemi qlobal səviyyədə vacibliyini və aktuallığını saxlayır. Azərbaycan da bu təhlükəsizliyin təmin olunması üçün hazırda Kompüter İnsidentlərinə qarşı Milli Mübarizə Mərkəzlərinin Beynəlxalq Birliyi, Kompüter İnsidentlərinə qarşı Akreditiv Mübarizə Mərkəzlərinin Avropa Birliyi, FIRST- İnsidentlərlə Mübarizə və Təhlükəsizlik Mərkəzlərinin Beynəlxalq Forumu və s. kimi beynəlxalq qurumların tam hüquqlu üzvüdür.

Maraqlıdır ki, son zamanlar dövlət orqanlarına qarşı haker hücumlarının çoxalması ilə yanaşı, belə insidentlərdən sadə vətəndaşlar da əziyyət çəkməyə başlayır. Belə ki, artıq bəzi insanların şəxsi kompüterləri də haker hücumlarına tuş gəlib.

İnternet mütəxəssisi Cahid İsmayıloğlu vətəndaşlara tövsiyyə edir ki, haker hücumlarından qorunmaq üçün ilk növbədə şifrələri düzgün şəkildə mühafizə etməyi bacarmaq lazımdır: "Vətəndaşlar haker hücumlarından qorunmaq üçün ilk növbədə öz elektron poçtlarını və yaxud sosial şəbəkədə olan hesablarının, bank kartlarının şifrələrini düzgün şəkildə mühafizə etməlidir. O, hər hansı bir elektron poçtdan istifadə edirsə, onun xüsusi bir yeri, daha doğrusu dəstək bölməsi olur. Burada elektron poçtun təhlükəsizliyinin necə təmin olunması istiqaməti üzrə izahatlar verilir. Vətəndaş öncə bu izahatlarla tanış olub, orada göstərilən təhlükəsizlik müddəlarına əməl etməlidirlər. Bu halda elektron poçtlar, sosial şəbəkələrin hesabatlarının təhlükəsizliyini təmin edə bilərlər. Lakin çox zaman insanlar bu kimi məsələlərə fikir vermir və adi səhvlər nəticəsində elektron poçtlarını və yaxud sosial şəbəkədə olan məlumatlarının hakerlər tərəfindən oğurlanmasına şərait yaradırlar. Hakerlər tərəfindən ən pis oğurluq halları bank kartlarının oğurlanmasıdır. Bank kartlarının oğurlanması vətəndaşa külli miqdarda ziyan vura bilər. Buna yol verməmək, bankdan alınan elektron kartın təhlükəsizliyini təmin etmək üçün, xüsusi müddəa və qayda qanunlarla tanış olmaq gərəkdir. Həmçinin, vətəndaş bankın verdiyi kartın şifrələrini məxfi saxlamalı, internetdəki müəyyən şübhəli əməliyyatlardan uzaq olmalı, ona cavab yazmamalıdır ki, öz məxfi məlumatlarını oğurlatmasın. Adətən oğurlatma halları belə olur.Saxta elektron poçt ünvanları vasitəsilə vətəndaşdan bank kartının şifrəsi istənilir. Hakerlər adətən bu üsuldan istifadə edir. İnternet istifadəçiləri birmənalı şəkildə bilməlidir ki, heç bir bank müştərisindən məxfi məlumatları heç zaman istəyə bilməz və istəmir də. Əksər vətəndaş isə ona gələn elektron poçt ünvanından guya şifrənin bank tərəfindən istənildiyinə aldanıb, öz əlləri ilə bu şifrini hakerlərə təhvil verir".

Xatırladaq ki, bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, kompüter informasiyasına qanunsuz daxil olub vətəndaşların müxtəlif bank hesablarındakı pul vəsaitlərinin talanması ilə məşğul olan Azərbaycan və xarici ölkələrin vətəndaşlarından ibarət transmilli mütəşəkkil dəstə zərərsizləşdirilib. Mütəşəkkil dəstənin üzvləri həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarıblar və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs