Əlaqə Arxiv
news Image
2012.07.06
16:15
| A A A
Maşın qaçıran qadın qəza törətdi
Movqe.Az xəbər verir ki, Bakıda maşın qaçıran qadın qəza törədib. 

Binəqədi rayonu Cavadxan küçəsindən Gəncə şəhər sakini Ramidə Hüseynova Beyləqan rayon sakini Bəhruz Tağıyevə məxsus "Mercedes" markalı avtomaşını qaçırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ramidə Hüseynova avtomaşını Sumqayıt şəhəri ərazisində idarə edərkən onu yolun kənarındakı divara vurub və avtomaşından düşərək gedib.

Avtomaşın polis əməkdaşları tərəfindən Sumqayıt şəhərindəki müvəqqəti dayanacağa yerləşdirilib. Ramidə Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz