news Image
2012.07.06
15:23
| A A A
Yol polisindən sürücülərə müraciət
Movqe.Az xəbər verir ki, Azərbaycan yol polisi sürücüləri avtomobilin işıq sistemindən istifadə edərkən diqqətli olmağa çağırır. 

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev avtomobilin işıq sistemindən düzgün istifadə olunmaması bəzən ağır yol qəzalarına səbəb olduğunu bildirib.

"Sürücü işıq cihazlarından düzgün istifadə etməlidir. Bəzən sürücüləri, xüsusən də ötmə əməliyyatı aparan sürücüləri bu işıqlar çaşdırır. İşıq cihazlarından düzgün istifadə etməmək işığı həmişə reallıqda olduğundan daha uzaq göstərir. Ötmə əməliyyatı aparan sürücü elə bilir ki, onunla qarşıdan gələn avtomobil arasındakı məsafə daha çoxdur, amma reallıqda bu məsafə azdır. Bu işıq sürücünü aldadır və qəza şəraiti yaradır", - şöbə rəisi deyib.

Qeyd edək ki, işıq cihazlarından istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 151-2.1-ci maddəsi ilə 30 manat məbləğində cərimə nəzərdə tutulub.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs