news Image
2014.07.14
17:42
| A A A
10 rayonun işəgötürənləri üçün “Açıq qapı” günü-vətəndaş forumu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair bölgələrdə keçirilən maarifləndirmə tədbirləri bu gün Yevlax rayonunda davam etdirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "movqe.az-a verilən məlumata görə, bu məqsədlə Yevlax RİH-lə birgə təşkil olunan "Açıq qapı" günü-vətəndaş forumuna 10 şəhər və rayonun (Mingəçevir, Naftalan, Yevlax, Ağdaş, Goranboy, Ucar, Zərdab, Kürdəmir, Ağsu və Göyçay) işəgötürənləri cəlb olunub. Tədbirdə prezidentin "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə" 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, bu ilin 1 iyulundan etibarən respublikamızda əmək münasibətlərinin EİS-də qeydiyyata alınması mexanizminin tətbiqinə başlanıldığı bildirilib. Qeyd olunub ki, həyata keçirilən bu islahat tədbiri işəgötürənlər və işçilər arasında bağlanmış hər bir əmək müqaviləsinin əmək müqaviləsi bildirişi formasında EİS-də qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Əks halda, bağlanmış əmək müqavilələri heç bir hüquqi əsasa malik deyil. Yalnız bağlanmış əmək müqaviləsi deyil, əmək müqaviləsinə edilən dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi də bununla bağlı EİS-ə daxil edilmiş bildiriş forması EİS-də qeydiyyatdan keçdikdən və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Bu islahat tədbiri əmək bazarında əmək münasibətlərinin bir çox hallarda formal şəkildə rəsmiləşdirilməsi, əmək müqavilələrinin əmək qanunvericiliyində əksini tapan şərtlərə uyğun tərtib olunmaması, işçi hüquqlarının təminatına biganə yanaşılması, həmçinin qeyri-leqal məşğulluq hallarının aradan qalxmasına yönəlib. Əmək münasibətlərinin EİS-də elektron qeydiyyatı işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsinə, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına da şərait yaradacaq. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi qaydaları barədə tədbir iştirakçıları geniş məlumatlandırılıb, əmək müqaviləsi bildirişinin formalarının "Elektron hökumət" portalı üzərindən (https://www.e-gov.az) EİS-ə daxil edilməsi proseduru əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərin gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması, yeni sistemdə məlumatların təhlükəsizliyinin təmin olunması və s. məsələlərlə əlaqədar sualları cavablandırılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs