news Image
2012.07.07
10:03
| A A A
Bu gün imtahandır
TQDK-dan verilən məlumata görə,cari ildə "Azərbaycan dili" fənni üzrə birinci imtahan 2012-ci il mayın 13-də keçirilmişdi. Həmin imtahanda 9167 abituriyent iştirak etmiş, onlardan 7444 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiyməti alıb.

 Qəbul qaydalarına əsasən, mayın 13 də keçirilmiş imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyulun 7-də keçiriləcək "Azərbaycan dili" imtahanında təkrarən iştirak etmək imkanı verilir.
 Bakı və Naxçıvan şəhərlərdə imtahanların keçirilməsi üçün 7 (Bakıda 6, Naxçıvanda 1) imtahan mərkəzi ayrılıb.

 İmtahanın idarə olunmasına 23 imtahan rəhbəri, 228 zal nəzarətçisi cəlb olunmuşdur.

 İmtahanında 3089 (3075 nəfər Bakıda, 14 nəfər isə Naxçıvanda) abituriyentin iştirakı nəzərdə tutulur: Onlardan 1485 nəfəri qız, 1604 nəfəri isə oğlandır. Abituriyentlərdən 1413 nəfər orta ümumtəhsil müəssisələrini ötən illərdə bitirən məzunlar, 1676 nəfəri isə builki məzunlardır.

 İmtahan saat 11:00-da başlanacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs