news Image
2014.07.17
07:59
| A A A
Meyvə bazarında böyük paradoks
Vahid Məhərrəmov: “Meyvə ilə təminatın artıq olması mövsümlə bağlı deyil” Yaşar Əsədov: “Azərbaycanda meyvə istehsalı demək olar ki, il boyu baş verən prosesdir”

"Kənd Təsərrüfatı Nazirliyi ərzaq sahəsindəki tələbatı daxili istehsal hesabına ödəməyi planlaşdırır. Bu proses 2015- ci iləqədər yekunlaşmalıdır". Bu sözləri bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirmişdi. Deyilən prqonoz artıq meyvə sahəsində özünü göstərir. Rəsmi rəqəmlərə görə, Azərbaycan özünü meyvə ilə 121% təmin edir. Ancaq məsələ burasındadır ki, bu gün paytaxt bazarlarının yarısını xarici meyvə tutur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, istehsal müəyyən edilmiş istehlak normasına uyğun olmalıdır: "Bizdə istehlak norması adambaşın 120 kiloqramdır (kq). Ancaq bu gün Azərbaycan təxminən adambaşına 100 kq meyvə, giləmeyvə istehsal edir. Bu da göstərilən statistika ilə uyğun gəlmir. Azərbaycanda minimum əmək haqqına uyğun olaraq minimim qida norması təyin olunub. Bu norma isə çox aşağıdır".

Ekspertin fikrincə, meyvə ilə təminatın artıq olması mövsümlə bağlı deyil: "Çünki, bu il bir çox meyvələr az olub. Gilasda bir az artım var. Alma, armud mövsümü hələ qarşıdadır. Lakin indidən Quba bağları göstərir ki, ötən ilki qədər alma olmayacaq. Çünki bu il fermerlər aqrotexniki qaydalara düzgün riəyət edə bilməyiblər. Nar, heyva, xurma gələcəkdə bəlli olacaq. Bu gün bazarda meyvənin çox olması heç də meyvənin çoxluğu ilə bağlı deyil. Satıcıların şikayət edir ki, əvvəlki qədər alıcı yoxdur. Bu da qimətlərin qalxması ilə bağlıdır".

İqtisadçı-ekspert Yaşar Əsədovun sözlərinə görə, Azərbaycanın elə ölkələrlə ticarət əlaqələri var ki, oradan meyvədən başqa nəsə ala bilməz: "Həqiqətən də hazırda Azərbaycanda meyvə istehsalı kifayət qədər yaxşıdır. Azərbaycanın təbiəti buna şərait verir. Cənub zonasında meyvə yığılandan sonra şimali-qərb ərazisində yetişməyə başlayır. Azərbaycanda meyvə istehsalı demək olar ki, il boyu baş verən prosesdir. Bu baxımdan Azərbaycan özünü meyvə ilə tam təmin edə bilər. O da aydındır ki, Azərbaycan bunların hamısını özü istehlak etmir. Qonşu ölkələrə böyük həcmdə meyvəmiz ixrac olunur. Xüsusi ilə də erkən tərəvəz və meyvə məhsullarını göstərə bilərik. Həmin meyvələr ixrac olunmasaydı, daxildə qiymətlər çox aşağı olardı. Ancaq belə vəziyyətdə də növbəti ildə kənd təsərüfatı istehsalçılarına həmin məhsulu yetişdirmək sərf etmir".

Ümumiyyətlə isə, bitkiçilik məhsullarından paxlalılarla özünütəminetmə səviyyəsi 76,6 faiz, kartofla 97,6 faiz, üzümlə 95 faiz, tərəvəz məhsulları ilə 102,3 faiz, bostan məhsulları ilə 100 faiz, meyvə ilə 121,8 faizdir. Azərbaycanda yerli istehsal bəzi məhsul qrupları üzrə 100 faizi ötsə də, hələ də idxaldan asılılıq qalır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs