news Image
2014.07.21
07:35
| A A A
Artan intiharlar, ailə cinayətləri
Dəyanət Rzayev: «Bu kimi hadisələrin artması profilaktika tədbirlərin görülməməsi ilə əlaqəlidir» Əhməd Qəşəmoğlu: «Bütün bu halların qarşısının alınması üçün elmi təhlillər aparılmalı, kompleks fəaliyyət planı hazırlanmalıdır»

Az qala hər gün intihar hadisəsi və ya ona cəhd barədə məlumatlar eşidirik. Məsələn, bu günlərdə 1994-cü il təvəllüdlü Seymur Əliyev Bakının Nizami rayonu ərazisindəki asma körpüyə çıxaraq, özünü dəmir yol xəttinə atacağı ilə hədələyib. Düzdür, sonradan onu xilas etmək mümkün olub. Bundan əvvəl isə 1955-ci il təvəllüdlü Rüzgar Ramiz oğlu Quliyev yaşadığı evdə sol qolunun damarını kəsərək intihar edib. Bir həftə əvvəl isə 1943-cü il təvəllüdlü Yunis Allahverdi oğlu Yunisov intihar etmək məqsədilə özünü dənizə atıb. O, hadisə yerində olan parkın mühafizəçiləri tərəfindən xilas edilib. Ümumiyyətlə, bu qəbildən olan misalların sayını kifayət qədər artırmaq mümkündür.

Vəziyyətin təhlili isə göstərir ki, müxtəlif səbəblərdən hər yaşda insan intihar edir. Eyni sözləri ailə-məişət zəminində baş verən qətl hadisələri haqda da demək olar. Ərin həyat yoldaşını öldürməsi, qadının ərini öldürməsi, ana-oğul cinayətləri, qohumluq münasibəti olan insanların bir-birinə qarşı törətdiyi cinayətlər belə demək mümkünsə, səngimək bilmir.

Psixoloq Dəyanət Rzayev son vaxtlar bu kimi hadisələrin artmasını profilaktika tədbirlərinin görülməməsi ilə əlaqələndirir: " Bu gün dünyada ən kriminal şəhər Nyu-york sayılır. Amma indi Nyu-Yorkda cinayətkarlıq 84% azalıb. Çünki cinayət baş verməmişdən əvvəl onun qarşısını almaq, önləmək üçün profilaktik tədbirlər görülür. Azərbaycanda isə bu cür profilaktik işlər, demək olar ki, yox dərəcəsindədir. Bu sahədə Səhiyyə Nazirliyindən tutmuş Gənclər və İdman Nazirliyinə qədər dövlət strukturları işlər görməlidirlər. Əhali arasında iş aparılmalıdır. Təəssüflər olsun ki, belə bir şey edilmir. Evdə, ailə daxilində hansısa problem olanda, yaxınlar arasında problem olanda heç kim gedib polisə şikayət eləmir. Əvvəllər ən kiçik hadisədən belə polisin xəbəri olurdu. Burda daha çox yük sahə rəislərinin üzərinə düşür. Əvvəllər kiminsə problemi olanda bölüşüb danışırdı. Hüquq strukturları da dərhal reaksiya verirdi. Polisə şikayət ərizəsi yazılırdı, dərhal da problemlə bağlı iş görülürdü. Polis ən azından bilirdi ki təhlükə var. İndi isə belə deyil. İnsanlar problemlərini öz aralarında həll etməyə çalışırlar.

İntihar edənlər daha çox gənclər olur. Bu, elə məsələdir ki, müdaxilə etmək olmur. O mənada ki, gənclər çox vaxt problemlərini heç kimə demir, özlərinə qapanırlar. Yaxud da kiməsə deyəndə ki, ailədə valideyn basqısı görür, bizdə bir qayda olaraq hesab edilir ki, valideyndir, nə desə odur. Gənclər ətrafdan da, ailədən də anlayış görməyəndə intihara əl atırlar. Cəmiyyətdəki sosial bərabərsizlik də intiharların əsas səbəblərdəndir".

Sosioloq Əhməd Qəşəmoğlu isə intiharların artmasını son illər Azərbaycan ailəsində gərginliyin artması ilə əlqələndirir:

"İntiharlar daha çox psixoloji vəziyyətlə bağlıdır. Bəziləri bunu iqtisadi amillərlə də bağlayırlar. Doğrudur, iqtisadiyyat burda vacib amillərdən biridir. Amma problem təkcə iqtisadiyyatla bağlı olsaydı, elə 50-ci illərdə, 2-ci dünya müharibəsindən sonra kütləvi intiharlar baş verərdi. İndi insanların psixologiyasında problemlər yaranıbdır. Bu problem isə ailədən başlayır. İndi ailələrdə həddindən çox gərginlik var. Azərbaycan ailəsi heç vaxt belə gərgin olmayıb. Problemlərlə başa çıxa bilməyən hansısa ailə üzvü aqressiv olduqda, bu digər üzvlərə də avtomatik olaraq təsir edir. Ailə insani bir fərd, şəxsiyyət kimi yetişdirən, onu cəmiyyətə hazırlayan bir institut olduğundan, orda formalaşan insanlar da psixoloji problemlər yaşayır.

Bütün bu intihar hallarının qarşısının alınması üçün elmi təhlillər aparılmalı, kompleks fəaliyyət planı hazırlanmalıdır. Bu, bir və ya bir neçə şəxsin məsləhəti ilə həll olunacaq iş deyil".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs