news Image
2014.07.24
07:03
| A A A
Ukrayna hadisələrinə görə, Azərbaycanda evlər bahalaşır
Nüsrət İbrahimov: “İş adamları Ukraynadakı vəsaitlərinin bir hissəsini çıxarıb Bakının daşınmaz əmlak bazarına yatırım edirlər” Rövşən Talıbzadə: “Ukrayanada biznes fəaliyyəti ilə məşğul olanlar arasında Azərbaycana dönənlərin sayı çox məhduddur”

Ukraynada şərqində gedən hərbi-siyasi proseslər bu ölkədə yaşayan soydaşlarımızı getdikcə daha çox təsir göstərməkdədir. Məlumdur ki, onlar arasında Ukraynanın digər bölgələrinə üz tutanlarla yanaşı, Rusiya və Azərbaycana istiqamətlənənlər də var. Əksəriyyəti müvəqqəti gəlsə də, yerlərini daimi dəyişmək istəyənlərə də rast gəlinir. Belə vəziyyət isə daşınmaz əmlak bazarına təsirsiz ötüşmür.

"MBA Group" konsaltinq şirkətinin direktoru, iqtisadçı- ekspert Nüsrət İbrahimov bildridi ki, Ukraynadan bizə gələnlərdən çox, artıq vəsaitlərini çıxarıb bizim bazara yatıranlar var: "İş adamları Ukraynadakı vəsaitlərinin bir hissəsini çıxarıb Bakının daşınmaz əmlak bazarına yatırım edirlər. Amma indilikdə bu vəsaitin həcmi o qədər böyük deyil ki, bazara müəyyən qədər təsir edə bilsin. Bu gün yay fəslidir. Bazarda aktivlik çox aşağı səviyyədədir. Onların bu bazara yatırım etmələri müəyyən qədər bazarın stabilləşməsinə kömək edir. Ancaq yay aylarında qiymət artımları gözlənilmir. Yalnız payız aylarında müəyyən qədər artımlar gözləyə bilərik. Onlar da təbii ki, bütün vəsaitlərini yox, müəyyən hissəsini bura yönəldirlər. Bunu da Ukraynadakı risklərdən qorunmaq üçün edirlər. Bu isə bizim bazarın inkişafına müəyyən qədər dəstək olur. Yəni, bazara əlavə pul vəsaiti daxil olur. Amma həcmi o qədər böyük deyil ki, bazar onu həzm edə bilməyə. Buraya yönələn investisiyanın həcmi bazarın tutumundan çox kiçik olduğuna görə bazar onu həzm edə bilir. Ona görə də bazarda aktivlik gözləmək olmaz".

Ekspert qeyd etdi ki, bizdə 1 və 2 otaqlılarda təklif qıtlığı var: "Xüsusi ilə də bu, təkrar mənzil bazarında özünü daha açıq göstərir. Ancaq ilkin mənzil bazarında qıtlıq kütləvi yaşayış mənzillərindədir. Yəni, şəhərin daxilində ucuz qiymətə satılan mənzillərin təklifi azdır. Amma bu mənzillər də adətən şəhərdən kənarda tikilir. Alıcıların isə böyük əksəriyyəti şəhərdən kənara getmək istəmir. Bu baxımdan şəhər daxilində ilkin bazarda ucuz mənzillərin təklifində qıtlıq var. Ancaq təkrar mənzil bazarında ümumilikdə təklif azdır".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə bildirdi ki, Ukraynadan Vətənə dönənlər arasında tələbələr üstünlük təşkil edir: "Ukrayanada biznes fəaliyyəti ilə məşğul olanlar arasında Azərbaycana dönənlərin sayı çox məhduddur. Amma əmlak bazarında bu gün aktivlik hiss olunmur. Bu, mövsümi amillə bağlıdır. İnsanlar ölkə və şəhər kənarına meyl edir. Həm də ipotekada məhudiyyətlər var. Bütün bu amillər nəticəsində bugünki aylarda əmlak bazarında passivlik hökm sürür. İlin birinci rübündə alıcıların sayında artım müşahidə edilmişdisə, alqı-satqı şirkətlərinin sayı artmışdısa, hazırda geriləmə var. Ümumiyyətlə, hazırda tələb çox aşağı düşüb. Ancaq buna baxmayaraq qiymətlər yenə də azalmır. Satıcı və alıcı gözləmə mövqeyindədir. Ona görə də bu aylarda durğunluqdur. Ukraynadan gələn olsa belə, bazar aktiv deyil. Onlar daşınmaz əmlak bazarında hiss olunmurlar. Çünki, gələnlər orada işini-gücünü qurmuş insanlar deyil. Gələnlərin əksəriyyəti müvəqqəti yaşayış yerini dəyişənlər və tələbələrdir. Hazırda bazarlarımızda təklif çox aşağıdır. Tələb aşağı olduğu üçün təklif də uyğun olaraq aşağı düşüb. Çünki, təklif edən qiymətlərin artımını gözləyir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs