Əlaqə Arxiv
news Image
2012.07.09
16:29
| A A A
Bu gündən "SƏADƏT SARAYI" yenidən qapılarını ailə quranlar üçün açdı-EKSKLÜZİV FOTOSESSİYA

Movqe.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında Səadət Sarayında təmir və bərpa işləri başa çatıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 5 iyul 2012-ci il tarixində Səadət Sarayının açılışında iştirak ediblər. Binanın bir hissəsi rəsmi görüşlərin keçirilməsi üçün nəzərdə tutulub. Sarayın bir hissəsi isə "Bakı Nikah Evi " üçün ayrılıb.

Təmirdən əvvəl sarayda bir-neçə qurumlar fəaliyyət göstərirdi. Bunlardan biri Ədliyyə Nazirliyinin Qeydiyyat idarəsi idi. Səadət sarayı təmirə bağlandıqdan sonra Qeydiyyat idarəsi (Nikah evi) Ədliyyə Nazirliyinin nəznində olan keçmiş Nizami Rayon Məhkəməsinin binasında fəaliyyət göstərirdi. Daha dəqiq desək, Q.Qarayev prospekti 36A ünvanında. 5 il yarım təmir işlərindən sonra " Bakı Nikah Evi" yenidən Səadət Sarayına qayıtdı və bugündən artıq tam olaraq öz fəaliyyətini bu möhtəşəm sarayda davam etdirəcək. Ailə həyatı qurmaq istəyən şəxslərin yenidən Səadət Sarayına üz tutacağı gözlənilir. Möhtəşəm Səadət Sarayı indiyə qədər çoxlu sayda insanların ən xoşbəxt günlərinin şahidi olub. Nəzərinizə çatdıraq ki, Səadət Sarayı Murtuza Muxtarov və Əhməd Cavad küçələinin kəsişməsində yerləşir.

SƏADƏT SARAYININ TARİXÇƏSİ.

Məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez – tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır.

Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın bu binanın ona bağışlandığını eşidincə sevincinin həddi – hüdudu olmur.

Səadət Sarayı – Bakı milyonçusu Murtuza Muxtarov  1911-1912-ci illərdə yəhudi mənşəli həyat yoldaşı Liza xanım üçün inşa etdirdiyi saray. Sarayın layihə müəllifi polyak mənşəli memar İ. Ploşkodur.


















Sizin Reklam Yeriniz