news Image
2012.04.08
10:08
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında aprelin 08-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. 
Havanın temperaturunun gecə 6-9 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə aprelin 08-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək. 
Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturların yüksələcəyi gözlənilir. Cənub küləyi əsəcək. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs