news Image
2014.07.31
10:38
| A A A
Əlillərin peşə hazırlığı artırılır
Bu, fiziki qüsurlu insanların işlə təminatında mühüm rol oynamaqdadır

Cəmiyyətin ən həssas təbəqəsi sayılan və qayğıya ehtiyacı olan fiziki qüsurlu insanların daim diqqətə və qayğıya ehtiyacı var. Azərbaycan höküməti daim əlilliyi olan şəxslərə xüsusi diqqət göstərib. Ölkə Prezidentinin sərəncamı ilə əlillərə mənzillərin paylanması, avtomobil hədiyyə edilməsi, elə onlar üçün təyin edilən təqaüdlər bunun göstəricisidir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə vaxtaşırı  əlilliyi olan şəxslər ölkənin müxtəlif  rayonlarında yerləşən istirahət mərkəzlərinə yola salınır. Nazirliyin məlumatına görə, ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, cari ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin ölkəmizin bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub. Son iki ay ərzində onlardan artıq 800 nəfərə yaxını həmin mərkəzlərə yola salınıb. 

Lakin bütün bunlarla bərabər əlillərin işlə təminatı ən önəmli işlərdən biridir. Onların da cəmiyyətə inteqrasiya etmək, inkişaf etmək hüququ var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 bu sahədə də uğurlu tədbirlər həyata keçirir. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verlən məlumatda deyilir: "Azərbaycan Respublikasında əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində aparılan siyasətin əsas istiqamətlərindən biri də sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının hərtərəfli dəstəklənməsi, onlar üçün məşğulluq, eləcə də özünüməşğulluq imkanlarının yaradılmasıdır.

Milli qanunvericilikdə əlilliyi olan şəxslərin əmək və məşğulluq hüquqları dolğun şəkildə təsbit olunub. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunu bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsi üçün bərabər imkanları təmin edir. Bu Qanuna əsasən, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına əlilliyi olan şəxslər də aid edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı"nın təsdiq edilməsi barədə 22 noyabr 2005-ci il tarixli 213 №-li Qərarı ilə mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların, o cümlədən əlilliyi olan şəxslərin məşğulluğunu təmin etmək məqsədi ilə kvota tətbiq edilməlidir. Şəhər (rayon) Məşğulluq mərkəzləri tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı şəhər (rayon) məşğulluq mərkəzlərinə təqdim etməyən işəgötürənlər inzibati məsuliyyətə cəlb edilirlər". 

O da bildirilir ki, 2009-2013-cü illərdə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən 1089 nəfər əlilliyi olan şəxs işlə təmin olunmuş, 60 nəfər əlilliyi olan şəxs ödənişli ictimai işlərə göndərilmişdir. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırlması üçün onların peşə hazırlığına cəlb olunması istiqamətində müvafiq işlər görülür. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması istiqamətdə mühüm tədbir kimi, 24 dekabr 2013-ci il tarixdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) açılışı olmuşdur. Bu Mərkəz öz profilinə görə birbaşa olaraq əlilliyi olan şəxslərin peşə hazırlığına xidmət edən ilk müəssisədir. Mərkəzdə əlilliyi olan gənclər müxtəlif istiqamətlərdə (xalçaçılıq, rəssamlıq, kulinariya, toxuculuq və s.) peşə reabilitasiyası kurslarına cəlb olunur və burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər. Yeni peşələrə yiyələndikdən sonra onların həmin peşələr üzrə məşğulluğu da təmin olunur. Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində cari ilin altı ayında kursları bitirən və peşə imtahanını uğurla verən 54 nəfərə sertifikat verilib. Həmçinin 11 nəfərə arayış təqdim olunub. Hazırda mərkəzdə ölkənin müxtəlif bölgələrindən gəlmiş 90 nəfərə yaxın əlilliyi olan şəxs 10 peşə (kompyuter istifadəçisi, dərzi, bərbər, toxuculuq və s.) üzrə təlim keçir".

Sonda bildirilib ki, ƏƏSMN tərəfindən bu sahədə tədbirlər uğurla davam etdirilir.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs