Azərbaycanda minik və yük avtomobilləri toqquşdu
Movqe.Az xəbər verir ki,
Azərbaycanda minik və yük avtomobili toqquşub. Hadisə nəticəsində
iki nəfər xəsarət alıb.
Qeyd edək ki, hadisə
Xaçmaz-Quba yolunda baş verib. Regional TV kanalının verdiyi
məlumata əsasən, Xaçmaz-Quba yolunun 12-ci km-də, Qubanın Barlı
kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Quba rayonu
sakini Rasim
Ağayevinidarə etdiyi "Qazel" markalı yük avtomobili əks
istiqamətdən gələn Xaçmaz rayon sakini Əkbər Qasımovunidarə etdiyi
"VAZ 2107" markalı nəqliyyat
vasitəsi ilə toqquşub.
Hadisə zamanı hər iki nəfər ağır xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma işləri aparılır.
Türkan Nadirqızı
Movqe.Az