Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb
Movqe.Az xəbər verir ki,
Heydər Əliyev Fondunun
vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya
Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın
rəsmi saytı fəaliyyətə başlayıb.
www.leyla-aliyeva.az saytında Leyla Əliyevanın fəaliyyəti ilə bağlı bütün məlumatları əldə etmək mümkündür.
Qeyd edək ki, sayt Leyla Əliyevanın fəaliyyətini əks etdirən məlumatlar 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
"Fəaliyyət" bölməsində Heydər
Əliyev Fondu, "Baku" jurnalı, İslam Konfransı Təşkilatı Gənclər
Forumu, Rusiya Azərbaycanlı Gənclər Təşkilatında və IDEA
(International Dialogue for Environmental Action) Ətraf Mühit
Kampaniyası rəsmi saytlarına keçid yerləşdirilib,səfərlər və
müsahibələr yer alıb.
Onuda qeyd edək ki, bu saytda Leyla Əliyevanın şeirləri, rəsm
əsərləri yerləşdirilib.
Türkan Nadirqızı
Movqe.Az