Əlaqə Arxiv
news Image
2012.07.10
16:34
| A A A
Məhdudlaşdırılmış sürücülük hüququnun bərpası
Movqe.Az xəbər verir ki, məhdudlaşdırılmış sürücülük hüququnu bərpa etmək mümkündür.

Qeyd edək ki, ötən il 52 nəfərə sürücülük vəsiqələri qaytarılıb. 

Bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, bu hüququ bərpa etmək istəyən hər hansı bir şəxs imtahan verməlidir.
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün", - Kamran Əliyev deyib. 


Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz