news Image
2012.07.10
14:20
| A A A
Erməni yazıçı pasportunu cırdı
Movqe.Az xəbər verir ki, Erməni dramaturqu Varqam Saakyan pasportunu cırdı.

ANS-in məlumatına görə, yazıçı bu ölkədə yaşamağın mümkün olmadığını bildirib.Ermənistandakı dözülməz vəziyyət hətta mədəniyyət nümayəndələrini də boğaza yığıb. Erməni yazıçı, dramaturq Varqam Saakyan öz pasportunu cıraraq Ermənistanın Milli Məclisinin "sifətinə çırpıb". O, bununla bağlı keçirilən mətbuat konfransında yaranan vəziyyətlə bağlı jurnalistlərə açıqlamasında artıq bu ölkədə yaşamağın heç bir mənasının olmadığını deyib.

"Bizim məmurların heç birini döyməyə dəyməz- bu məsələnin həlli deyil. Güllənmə- məsələnin həllidir, onların hamısını güllələmək lazımdır", - deyə o vurğulayıb.

"Arsnakar" restoranında baş verən hadisəyə münasibət bildirən yazıçı deyib ki, Qaqik Beqlaryan insanı döyməyi sifariş verib və cəzasız qalıb: "Əgər ölkədə cəza verilmirsə, onda belə çıxır ki, hamını döyə bilərsən. S. Sarksiyan günahkardır, çünki Qaqiki vaxtında tutmayıb".

Vaqram Saakyan eyni zamanda Levon Ter-Petrosyanı satqın adlandırıb. Xatırladaq ki, "Arsnakar" restoranında baş verən hadisədə bir neçə nəfər idman geyimində olan şəxslərlə təhlükəsizlik xidməti əməkdaşları arasında dava olmuşdu.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs