Əlaqə Arxiv
news Image
2012.07.10
17:25
| A A A
“Azərsu” üç rayona verilən içməli suyu kəsir

Movqe.Az xəbər verir ki, "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bəzi rayonlarda içməli suyun verilməyəcəyi bildirilir.

Bakı şəhəri F.X.Xoyski küçəsində 500 mm diametrli polad siyirtmənin yerinin dəyişdirilməsi ilə əlaqədar paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Vaqif prospekti, C.Hacıbəyli, Xan Şuşinski, M.Qaşqay, Bakıxanov küçələrinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər tətbiq ediləcək.

Bununla yanaşı, Bakı şəhəri Yasamal rayonu ərazisində 800 mm diametrli polad borunun yerinin dəyişdirilməsi ilə əlaqədar Yeni Yasamal yaşayış massivinə gün ərzində içməli suyun verilməsində fasilələr olacaq.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz