news Image
2012.07.11
15:44
| A A A
Sürücülük vəsiqəsini TQDK verəcək
Movqe.Az xəbər verir ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahanların TQDK tərəfindən keçirilməsi təklif olunur.

Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyasının idarə heyətinin sədri Nazir Quliyev verdiyi müsahibəsində bunu son illər yollarda baş verən ağır qəzaların sayının artması ilə bağlı problemdən çıxış yollarından biri kimi görür.

Koalisiya sözçüsü hesab edir ki, sürücülük vəsiqələrini almaq üçün imtahanların təşkili və keçirilməsi səlahiyyəti TQDK-ya verilməlidir.

"Yol polisi bu işdə maraqlı qurumdur. İmtahanların keçirilməsi TQDK-ya verilərsə, bu sahədə şəffaflıq tam təmin olunar. Qısa zamanda sürücülük vəsiqəsi alanların sayında fərqi müşahidə etmək mümkün olar. Sürücü şəffaf qaydada imtahan verəcəyini bilərsə, yol hərəkəti qaydalarını öyrənməyə məcbur olar", - Quliyev deyib.

Sürücülük kurslarının fəaliyyətini formal hesab edən Quliyev bildirib ki, bu kurslarda reallıqda çox az şəxs təhsil alır.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs