Millət vəkili: “Azərbaycanda dərman preparatlarının qiyməti dövlət tərəfindən tənzimlənməlidir”
"Azərbaycanda dərman preparatlarının qiyməti dövlət tərəfindən
tənzimlənməlidir. Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyi
birgə qiymət siyasəti müəyyənləşdirməlidir ki, ölkənin hər yerində
eyni dərmanlar bir qiymətə satılsın". Bu təklifi APA-ya açıqlamasında Milli Məclisin Sosial
Siyasət Komissiyasının sədr müavini Musa Quliyev səsləndirib. Onun
sözlərinə görə, Azərbaycanda satılan dərmanların 98 faizi idxal
olunan məhsullardır. Ona görə də onların qiymətlərini tənzimləmək
çətin olsa da, mümkündür. Bu, dərmanların qiymətlərinin
ucuzlaşmasına səbəb ola bilər.
M. Quliyev deyib ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı digər yol isə dərmanların pərakəndə satışına tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) azaldılması, ya da tamamilə götürülməsidir: "Bütün dünya ölkələrində dərmanlara əlavə dəyər vergisi ya tətbiq olunmur, ya da ölkə üzrə ümumi əlavə dəyər vergisinin 50 faizindən aşağı məbləğdə tətbiq olunur. Çünki dövlətin büdcəsini xəstə vətəndaşının hesabına doldurması müəyyən qədər mənəviyyat baxımından doğru hesab olunmur. Yəni, dərman hesabına dolan büdcə yenidən xəstə vətəndaşa xərclənirsə, bunun bur mənası yoxdur. Ona görə də bu qiymətlərin tənzimlənməsi vacibdir".
M. Quliyev deyib ki, Azərbaycanda dərmanların topdansatış qiymətlərində əlavə dəyər vergisi götürülüb: "Amma pərakəndə satışda bu vergi qalır. Apteklərdə satılan dərmanlara 18 faiz əlavə dəyər vergisi qoyulur və vətəndaşlara satılır. Topdansatışla yanaşı, pərakəndə satış da əlavə dəyər vergisindən azad olunmalıdır".
Bununla bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklərin edilməsini zəruri hesab edən M. Quliyev onu da bildirib ki, o, bu məsələni Milli Məclisin payız sessiyasında aparılacaq büdcə müzakirəsi zamanı da qaldıracaq.