news Image
2012.04.09
15:46
| A A A
Alergiyanının qripdən fərqi
Bu xəstəlikdən özümüzü necə qoruyaq?

Azərbaycanda ən çox yayılmış xəstəliklərdən biri rinitdir. Bu haqda terapevt-alerqoloq Aytən Kazımova məlumat verdi.

 

Həkimin sözlərinə görə bu xəstəlik ən çox yaz, mart-aprel aylarında üzə çıxır. Elə olur ki, payız aylarınadək xəstəlik davam edir. Bu xəstəlik imunitetin zəifləməsi və bitkilərin çiçəklənməsiylə bağlıdır. Alergik rinit  selikli qişanın iltihabı ilə bağlıdır.

 

Bu xəstəlikdən əziyyət çəkənlərdə, adətən nəfəs almaq çətinləşir, tez-tez asqırma halları olur, gözlərdə yaşarma halları müşahitə edilir.

 

Çox vaxt insanlar allergik riniti qriplə səhv salırlar, və bu səbəbdən də, lazımi müalicəni etməyə gecikirlər.

 

"Əgər insanda gicişmə, gözlərdə yandırma halları, göz yaşarma varsa, bu rinitin ilkin əlamətləridir. Bir çoxu oftamotoloqa müraciət edirlər. Bu isə vaxt itkisinə səbəb olur. Riniti vaxtında və düzgün müalicə etməsək, sonradan bronxial astmaya səbəb olur.

 

Azərbaycanda bu xəstəlikdən ən çox böyüklərimiz əziyyət çəkir. Adətən bu 25-50 yaş arası insanlar olur. Azərbaycanda bu gün alergiyadan əziyyət çəkən insanların müalicəsi üçün ən müasir üsullardan istifadə olunur. Misal üçün ən çox istifadə olunan üsullardan biri immunoterapiyadır", - A.Kazımova dedi.

 

Türkan Nadirqızı

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs