Əlaqə Arxiv
news Image
2014.09.03
11:09
| A A A
Sumqayıtda oğurlanmış iki aylıq körpə...
Bu il avqustun 13-də Sumqayıtda oğurlanmış iki aylıq körpə tapılıb.


Movqe.az-ın axar.az-a istinadən verdiyi xəbərə görə, Nəsimi rayonu ərazisində tapılan körpə hüquq-mühafizə orqanlarına təhvil verilib. 

Körpəni oğurlayan qadının saxlanıldığı bildirilir. 

Qeyd edək ki, avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova yaşadığı ərazidə 2 aylıq körpəsini tanımadığı bir qadına müvəqqəti saxlamağa verib. Həmin qadin isə ananın digər uşaqlarını atraksionlarda gəzdirməsindən istifadə edərək körpə ilə birgə aradan çıxmışdı.

Xatırladaq ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlana "Adam içində" verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib. Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib. 

Sizin Reklam Yeriniz