Əlaqə Arxiv
news Image
2014.09.05
08:15
| A A A
Birdən artıq maşını olanlardan əlavə rüsum alınacaq?!
Rusiyada tətbiqi gözlənən müvafiq təcrübənin Azərbaycanda da reallaşdırılması mümkün sayılır

Bakı üçün artıq ənənəvi problemlərdən biri də təkcə sürücülərin yox, elə sərnişinlərin də əsəblərini tarıma çəkən tıxaclardır. Yeni dərs ilinin başlaması ilə tıxac probleminin bir qədər dədərinləşməsi tamamilə gözləniləndir. Ötən illərin təcrübəsi də göstərir ki, dərs ilində Bakının avtomobil yollarında nəqliyyat vasitələrinin sayı çoxalır, uzun tıxaclar yaranır. Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov da bildirir ki, dərs ilinin başlanması ilə bağlı yol zolaqları üzrə avtomobillərin sıx cərgələnməsi ehtimalı var: "Sözsüz ki, bu ərəfəyədək avtomobillərin hərəkət intensivliyi də artacaq. Amma yol polisi ilə yanaşı sürücülərin də üzərinə böyük məsuliyyət düşür: sürət həddi düzgün seçilməlidir, yolayrıcı qaydalarına əməl etməlidirlər, normal ara məsafələri saxlanmalıdır, təhlükəli manevrlərdən çəkinməlidir, diqqəti yayındıran söhbətlərə yol verməməlidirlər".

Qeyd edək ki, ölkə üzrə ümumi avtomobillərin əksər hissəsi paytaxtda cəmləşib. Bundan başqa ölkədə adambaşına düşən maşınların sayında da balans yoxdur. Təbii ki, bütün bunlar isə həm tıxaca, həm də Bakı atmosferinin çirklənməsinə səbəb yaradır. Ölkəmizdə son 10 ildə avtomobillərin sayı 2 dəfə artıb. Əgər əvvəllər hər 17 nəfərdən 1-i avtomobil sahibi idisə, indi hər 8 nəfərin maşını var. Hazırad Azərbaycanda avtomobillərin sayı 1,3 milyona çatır ki, bunun da az qala üçdə ikisi Bakının payına düşür. Eyni problemlə üzləşən Rusiyada problemi həll etmək üçün birdən əlavə maşını olan şəxslərdən hər digr avtomobilə görə, rüsumların tətbiq edilməsi ilə bağlı layihə hazırlanıb. Mütəxəssislər düşünürlər ki, bu qayda ölkəmizdə də tətbiq edilə bilər.

İki və daha artıq avtomobili olanlara tətbiq edilən vergilər paytaxtda avtomobillərin sayını bir qədər azalda bilər. Lakin mütəxəssislər hesab edir ki, bu ölkəmizdə tətbiq edilsə belə, bu yolla tıxac problemini tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Mütəxəssislərin fikrincə, 1-dən artıq avtomobil alanlara əlavə rüsum tətbiq edilməsi qaydası problemi həll etməsə belə, büdcə daxilolmalarını artırar. Burdan əldə ediləcək məbləğ yol infrastrukturunda yeniliklər etməyə imkan verir. Dünya ölkələrində ödənən analoji rüsumun məbləği 500-2000 avro arasında dəyişir. Rüsum avtomobil alınarkən və hər il tekniki baxışdan keçərkən ödənilməlidir.

İnkişaf etmiş ölkələrdə belə rüsumların digər forması isə avtomobilin mühərrikinin həcminə görə, yerindəcə müəyyən edilir. Məsəl iəl bağlı millət vəkili Cingiz Qənizadə də bunun tıxac problemini həll etməyəcəyi fikrindədir. Onun fikrincə, məsələyə kompleks yanaşma olmalı, sürücü mədəniyyəti artırılmalıdır. Bu zaman avtomobil çox olsa da, problemlər az olar. Millət vəkili "Lider" kanalına açıqlamasında deyir ki, Milli Məclisin payız sessiyasında yollardakı problemlər yenidən gündəmə gətiriləcək. Onları aradan qaldırmaq üçün artıq qanunverici orqana təqdim etmək üçün aidiyyatı dövlət qurumlarında layihələr hazırlanır.

Tıxac probleminin isə hələlik davam edəcəyi gözlənir. Ekspertlər isə hesab edir ki, tıxac məsələsini aradan qaldırmaq üçün şəhərin sərhədlərini genişləndirmək, mərkəzdə əhalinin sıxlığını azaltmaq lazımdır. Yaşayış binalarını isə daha çox şəhərdən kənarda tikmək lazımdır. Əgər bu tədbirlər görülsə, vəziyyət qismən yaxşılaşacaq. Edək ki, ölkəmizdə hər il avtomobillərin sayı 7-8% artır. Əgər bu tendensiya davam edərsə, respublikadakı avtomobillərin sayı tezliklə 2 milyonu keçəcək. Mütəxəssislərin fikrincə, çalışmaq lazımdır ki, insanlar şəxsi avtomobillərindən daha az istifadə etsinlər. Artıq bir sıra dünya ölkələrində bu tənzimlənir. Şəxsi avtomobildən müəyyən zəruri ehtiyac üçün istifadə edirlər. Bundan başqa əsas iş yerləri, təhsil müəssisələri, idarələr Bakıda yerləşdiyinə görə axın bura çoxdur. Onların birp hissəsini də başqa ərazilər, o cümlədən regionlaar köçürmək vacib sayılır. Bir məsələni də qeyd edək ki, Azərbaycan paytaxtında avtomobil sıxlığının aradan qaldırılması üçün 3 000 km yeni yol çəkilməlidir.

Sizin Reklam Yeriniz