Əlaqə Arxiv
news Image
2012.04.09
18:26
| A A A
Autizmdən əziyyət çəkən uşaqlar: psixoloqların məsləhəti

Bu gün bütün dünyada autizm olduqca yayılmış bir xəstəlikdir. Hal-hazırda Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı olduqca çoxdur. Bu haqda həkim-psixoloq Nərminə Hacıyeva məlumat verdi.

 Autizm ruhi pozğunluqlar deməkdir. Bu xəstəlik adətən uşaqlarda aşkar olur. Autizm adətən üç yaşlı uşaqlarda müəyyən hərəkətlərin məhdutlaşması və beyin inkişafının dəyanmasıyla  nəticələnir.  

 Bu səbəbdən də, ilkin diaqnoz çox vacibdir. Hal-hazırda Autizm Mərkəzində qeydiyyatda olanların sayı 2500 nəfərdir.

 "Çox təəsüfki, bu gün Azərbaycanda autizmi müalicə edən xüsusi mərkəzlər yoxdur. Autizm xəstəliyi isə olduqca bahalı bir xəstəlikdir.   

 Düzdür məktəblərdə müəyyən işlər aparılır, lakin bizim psixoloqların əksəriyyəti bu xəstəliyi müalicə etməyi bilmirlər.  Autizm sosial yardıma aid olmadığından, hökumət tərəfindən pulsuz dərmanlar nəzərə alınmır.

 Autizm Mərkəzi isə özəl bir klinikadır, o uşaqları autizm xəstəliyindən əziyyət çəkən valideyinlər tərəfindən yaradılmışdır", - N.Hacıyeva dedi.

 Autizm xəstəliyindən əziyyət çəkən uşaqlar valideyinlərindən başqa insanlarla ünsiyyətdə olmurlar. Onlar danışarkən kiminsə gözlərinə baxmaqdan qorxurlar. Hətda bu uşaqların arasında elələridə var ki, onlar öz valideyinləriylə belə ünsiyyətdə olmaqdan qaçırlar. Bu cür uşaqlar çox qapalı olurlar.

Bir qayda olaraq valideyinlər 3-4 yaşlarında övladlarının digərlərindən fərqləndiyini hiss edirlər. Adətən uşaq intellektual səviyyədə inkişaf etsədə, özünə çox qapanır və heç bir şeyə reaksiya vermir.

Bu xəstəlikdən əziyyət çəkən uşaqlar heç bir dəyişikliyi sevmirlər. Onlar yaşadıqları mənzili dəyişdikdə, olduqca qəzəbli olurlar.

Adətən autizm xəstəliyindən əziyyət çəkənlər riaziyyatı digərlərindən daha yaxşı bilirlər.

 Həkimin sözlərinə görə valideyinlər bu xəstəlikdən qorxmamalıdırlar.

 Türkan Nadirqızı

 

 
  

Sizin Reklam Yeriniz