Əlaqə Arxiv
news Image
2012.07.14
18:17
| A A A
Azərbaycanda avtomobil yüksəklikdən çaya düşüb
Movqe.Az xəbər verir ki, Azərbaycanın Ağsu rayonunda avtomobil 50 metr yüksəklikdən  çaya düşüb, xəsarət alanlar var.

Qeyd edək ki, hadisə bu gecə saat 02-də Bakı-Şamaxı-Yevlax yolunun 160-cı kilometrliyində, Ağsu çayı üzərində qeydə alınıb. Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü Tariyel Ağayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşın yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək körpüyə çırpılıb. Körpünün məhəccərlərini qıran avtomobil 50 metr yüksəklikdən çaya düşüb.

Hadisə nəticəsində T.Ağayev və sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az
Sizin Reklam Yeriniz