Əlaqə Arxiv
news Image
2012.07.14
21:45
| A A A
Azərbaycana gətirilən yumurtalarda xəstəlik təhlükəsi yoxdur?
Movqe.Az xəbər verir ki, Baytarlıq Xidməti salmonellyoz təhlükəsi olan yumurtaların gətirilməsi ilə bağlı münasibət açıqlayıb. 

Dövlət Baytarlıq Xidməti (DBX) bir sıra kütləvi informasiya vasitələrində Azərbaycana Ukrayna, Belarus kimi ölkələrdən salmonellyoz xəstəliyi təhlükəsi olan yumurtaların gətirilməsi ilə bağlı yazılara münasibət açıqlayıb.

Lakin DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, belə fikirlərin və yayılan məlumatın heç bir əsası yoxdur və qəbuledilməzdir. "Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev iddia edir ki, Azərbaycana Ukrayna, Belarus kimi ölkələrdən salmonellyoz xəstəliyinin təhlükəsi olan yumurtalar gətirilir. Məlumatda vurğulanır ki, gətirilən yumurtalar yoxlanılmadan ölkəyə idxal olunur. Bu məlumatların heç bir əsası yoxdur".

 Onun sözlərinə görə, dövlət baytarlıq nəzarətində olan yüklərin ölkəyə idxalı zamanı yükü ixrac edən ölkənin epizootik durumu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatı əsas götürülür. Gətirilən yük "Qurudayaşayan Heyvanların Sanitar Məcəlləsi"nin təblərinə uyğun olaraq baytarlıq sertifikatı, keyfiyyət vəsiqəsi və s. baytarlıq sənədləri ilə müşayiət olunur. Sözügedən sənədləri imzalayan dövlət baytarlıq xidməti orqanları bu sənədlər üçün məsuliyyət daşıyırlar.

 "Eyni zamanda bildiririk ki, salmonellyoz xəstəliyinin təlimatına əsasən ölkənin hər hansı təsərrüfatında xəstəlik baş verərsə bu zaman məhdudiyyət ölkəyə yox, yalnız xəstəlik baş vermiş təsərrüfata tətbiq edilir. Odur ki, Ukraynadan ölkəmizə idxal olunan yumurta salmonellyoz baş vermiş təsərrüfatdan deyil, sağlam təsərrüfatdan (ərazilərdən) idxal edilir.

 Ukraynadan gətirilən mətbəx yumurtasından götürülən nümunələr dövlət tərəfindən akkreditə olunmuş Respublika Baytarlıq Laboratoriyasında baytarlıq-sanitariya ekspertizasından keçirilib və salmonellalar mövcud olmayıb. Odur ki, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olub".

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz