Əlaqə Arxiv
news Image
2014.09.16
08:36
| A A A
Sosial şəbəkələrdə təhqir problemi hələ də tam həllini tapmır
Ələsgər Məmmədli: “Təhqir və böhtana qarşı hazırda ancaq mövcud qanunu tətbiq etmək olar”

Sosial şəbəkələrlə bağlı son vəziyyətin təhlili burada hələ də təhqir hallarına rast gəlindiyini, saxta səhifələr yaradılaraq onlar vasitəsilə müxtəlif hədyanların səsləndirildiyini üzə çıxarır. Bu səbəbdən məsələnin həlli üçün daha sərt addımların atlması vacib sayılır. Eləcə də bir sıra saytlarda hələ də analoji hallara rast gəlinir. Xüsusən də dezinformasiya xarakterli məlumatlara belə saytlarda geniş yer verilir. Belə məsələləlrin həlli üçün Türkiyədə Telekommunikasiya İdarəsinə məhkəmə qərarı olmadan, milli təhlükəsizliyə zidd olan və ictimai gərginliyin yaranmasına xidmət edən istənilən saytı bağlamaq səlahiyyəti verilib. Ötən ilin oktyabrın 30-da Böyük Britaniya Kraliçası II Elizabet Birləşmiş Krallıqda medianın əxlaq kodeksinə əməl edilməsi mexanizmini müəyyənləşdirən Kral Xartiyasını imzalayıb. Yeni qaydalara görə, Britaniya KİV-ləri jurnalistlərin etik normalara riayət etməsini tənzimləyən qurum yaratmalıdır. Həmin tənzimləyici qurum etik normaların pozulması faktını aşkarladığı media orqanını 1 milyon funt sterlinq məbləğində cərimələyə bilər.

Ölkəmizdə də buan bənzər addımların atılması zəruri sayılır. Media üzrə hüquqşünas Ələsgər Məmmədli "Mövqe"yə açıqlamasında bildirdi ki, sosial şəbəkə bir ölkədə fəaliyyət göstərmir: "Domen bir ölkədə, iştifadəçisi isə başqa bir ölkədə ola bilər. Hətta təhqir olunan üçüncü ölkə də olur. Ona görə burada beynəlxalq hüququn əsas prinsipləri öndə tutulur. Yəni, beynəxalq hüquqda ifadə azadlığı məhdudlaşdıracaq təməl prinsiplər əsasən terrorizmə çağırış, milli, dini, ayrı-seçkiliyə yolverilməzliyi, şəxsi həyatın qorunması və s.-dir. Xüsusi ilə Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnda təhqir və böhtana görə cinayət məsuliyyəti yoxdur. Cinayət məsuliyyəti olan ölkələr Avropa standartlarına uyğun hesab edilmir. Bu baxımdan sosial şəbəkədə təhqir və böhtana yol verəni Azərbaycanda yaşamırsa, cinayət məsuliyyətinə cəlb etməyimiz çətin olacaq. Azərbaycan Cinayət Məcəllənin 147 və 148-ci maddəsini ( təhqi və böhtan) cinayət əməli hesab edir. Amma sosial şəbəkələr bir ölkə ərazisində deyil. Bu baxımdan həmin maddələrin tətbiq edilməsi çətin olacaq. Şəxs Azərbaycandadırsa, Azərbaycan qanunverciliyi çərçivəsində həmin şəxsə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmaq mümkündür. Azərbaycanda "Kütləvi informasiya vasitələri haqqında" qanunun 3-cü maddəsi interneti bütünlükdə KİV hesab edir. Buna görə sosial şəbəkələr də KİV sayılır. Bundan başqa, ötən il Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə dəyişiklik oldu. Yəni, artıq internet üzərindən olan böhtan və təhqir də KİV-də olan böhtan və təhqir kimi məsuliyyətə cəlb oluna bilir. Ancaq sosial şəbkələrin faydalı tərəfləri də var. Hətta məlumatı ilk olaraq oradan ala bilirik. İfadə azadlığı məhdud olan yerlərdə sosial şəbəkələr daha çox ifadə azadlığı elementi kimi çıxış edir. Ən çox siyasi şərhlər isə media plüralizmi zəif olan yerlərdə yazılır. Media plüralizmi olan yerlərdə sosil media daha çox məişət zəminində xidmət edir".

Ekspertin fikrincə, təhqir və böhtana qarşı hazırda ancaq mövcud qanunu tətbiq etmək olar: "İstifadəçilər ancaq şəbəkəni yaradanın şərtlərinə əməl edə bilir. Sosial şəbəkəyə məhdudiyyət qoymağımız mümkün deyil".

Hüquqşünas vurğuladı ki, media zamanla formasını dəyişə bilir: "Vaxtı ilə media deyiləndə sadəcə, qəzetlər nəzərdə tutulurdu. Artıq radio, televiziya və onlayn media da ortaya çıxdı. Bundan sonra da bizim təsəvvür etmədiyimiz vasitələr ortaya çıxa bilər. İnternet çox zaman mediadan çox kommunikasiya vasitəsi rolunu oynayır. Amma internet sosial şəbəkə kimi birbaşa informasiya daşıyıcısıdır. Ona görə də onun tənzimlənməsi medianın tənzimlənməsi ilə paralel aparılır. Bütünlüklə sosial şəbəkəni cəzalandırmaq mümkün deyil. İnternetdə təhqir o zaman hüquq mübahisələndirilməsinə düşür ki, təhqir mübahisələndirilir, amma oradan götürülmür. Ondan sonra hüquq yolu başlayır. Bu, Avropada son illər sosial şəbəkələrin və medianın tənzimlənməsi ilə məsuliyyətin harada başlayacağına dair gəlinən ortaq qənaətdir. Biz də dünyanın bir parçası olaraq dünyada gedən tənzimləməni olduğu kimi öz ölkəmizdə tətbiq etməliyik".

Sizin Reklam Yeriniz