Əlaqə Arxiv
news Image
2014.09.15
18:23
| A A A
Sənət aləminin “Number one”ları kimlər olacaq?

Oktyabrın 1-də baş tutacaq sayca ikinci "Number One" mükafatlandırma mərasiminə sayılı günlər qalıb. 


Axşam.az-ın məlumatına görə, bu haqda layihənin təşkilatçısı, aparıcı Tural Ozan məlumat verib:

 

"İlk dəfə Azərbaycanda açıq havada belə bir tədbir keçiriləcək. Hər kəs özəl geyimdə olmalıdır. Çünki burada "dress code" var. Fotoqraflar və operatorlar üçün xüsusi yer ayrılacaq. Ölkəmizdə ən uzun qırmızı xalçanı burada görəcəksiniz. Gecənin aparıcısı özüm olacam. Digər aparıcı isə layihənin prodüseri Humay Muxtarovadır. Qaliblər sorğu nəticəsində bəlli olacaq".


Qeyd edək ki, "MAF Exclusive in Baku" restoranında baş tutacaq mükafatlandırma mərasiminin qaliblərini müəyyən etmək üçün artıq 3 aydır ki, sorğu aparılır.



Sizin Reklam Yeriniz