Əlaqə Arxiv
news Image
2014.09.19
19:05
| A A A
Əgər qripsinizsə bunlardan uzaq durun

Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsilə xarakterizə olunan kəskin viruslu infeksiya hesab olunur. 

Qrip olan kəslərin asqırması və ya öskürməsi nəticəsində qrip xəstəliyi asanlıqla keçə bilir. Bulaşmış əllərlə təmas etmək, öpüşmək, ortaq əşyaları istifadə etmək bu xəstəliyin keçməsinə səbəb olan faktorlardandır. Qripin ev, iş yeri, məktəb, körpələr evi və kütləvi nəqliyyat vasitələri kimi bağlı məkanlarda çox asan keçdiyindən mövsümə uyğun geyinməyə diqqət yetirilməli, tərli qalmamağa fikir verilməli, bol tərəvəz və meyvələrdən istifadə edilməli, həddindən artıq yorğunluğunuza və müqavimətinizi salaraq asanca xəstə olmağınıza səbəb olan spirt, siqaret kimi faktorlardan uzaq durulmalıdır. Hər gün ən az 2 litr su üçün. Əllərinizi tez-tez yumağa laqeyd yanaşmayın. Havanın qurumasının qarşısını alın, nəmli olmasını təmin edin. Qripə tutulmuş xəstələrin çoxu evdə müalicə olunur. 

Xəstə qızdırmalı dövr ərzində yataq rejimində olmalıdır. Vitaminlərlə zənginləşdirilmiş südlü-göyərtili pəhriz, bol maye qəbulu tövsiyə olunur.

Yaş və cinsiyyət ayrı-seçkiliyi etmədən hər kəsi təhdid edən qripi və səbəb ola biləcəyi ciddi komplikasyonları önləmənin tək yolu qrip peyvəndinin tətbiqi hesab olunur. Qripin profilaktikası üçün epidemiya başlamazdan əvvəl və onun olduğu vaxt infeksion və antigen xassəsindən məhrum edilmiş interferon stimulyatorlarını təyin etmək olar.

Xəstə olan otağın havasını dəyişmək, otağı 0,5 %-li xloramin məhlulundan istifadə edərək, nəm əski ilə silmək lazımdır. 

Tibbi idarələrdə, apteklərdə, mağazalarda və başqa mühitdə xidmət edən işçilər dörd qat tənzifdən hazırlanmış maskada işləməlidirlər.

Sizin Reklam Yeriniz