Əlaqə Arxiv
news Image
2014.09.20
08:04
| A A A
Quraqlığın ardınca sürüşmə təhlükəsi gəlir
Ənvər Əliyev: “Güclü yağıntılar olarsa, sürüşmə ilə bərabər, başqa problemlər də yaşaya bilərik” Telman Zeynalov: “Uzunmüddətli quraqlıqdan sonra leysanın düşməsi sürüşmə təhlükəsini yaradır”

Uzun sürən quraqlıqdan sonar yağıntıların başlaması və rayonların bir çoxunda bunun özünü leysan şəklində göstərməsi ortaya çox ciddi yeni problemlər çıxara bilər. Söhbət torpaqda yaranan çatlardan yer altına axan yağış sularının sürüşməyə yol aça bilməsindən gedir.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, Ənvər Əliyev bununla bağlı bildirdi ki, artıq payız yağıntıları dövrü başlamaq üzrədir: "Atlantik Okeanın hava kütlələri ölkəmizin əsasən qərb hissəsində hiss olunur. Uzun müddətdir ki, respublika ərazisinə yağıntı düşməyib. Anomal yay keçdi. Yağıntısız dövr istər torpaq, istərsə də bitkilərdə kifayət qədər problemlər yaradıb. Xüsusi ilə torpaq profilinni kifayət qədər quruması və nəticədə bəzi ağacların quruması prosesi ilə raztlaşmışıq. Hazırki dövrdə yağıntılar uzun müddət lazımdır ki, torpaq qatı özünün təbii nəmliyinə gələ bilsin. Ağaclar soluxma əmsalından artıq rütubət qəbul etsinlər. Tam quruyanlar yox, müəyyən hissəsi bərpa olunarq öz bioloji varlığını təsdiq etsinlər. Hələlik yağıntıların ilkin görüntüləridir. Yerdə, xüsusi ilə Aran zonalarında çatlar əmələ gəlib. Çatların ilkin yağıntılarla dolması, torpaq profilinin gəlib təbii nəmliyə çatması prosesi müəyyən qədər vaxt aparacaq. Hələlik yağıntıların nə qədər olacağı, payızın necə keçəcəyi bilinmir. Bu gün üçün ilkin yağıntılardan torpaqda nəmlənmə prosesi gedir. Ancaq normadan artıq yağıntı düşərsə, fəsadlar olacaq. O zaman torpaq qatının yuyulması, çayların daşması və s. prosesləri gözləmək olar. Ancaq yağıntı normalara uyğun düşsə, tədricən torpaq profilinin nəmlənməsi başlayacaq. Ağaclarda özünübərpa dövrü olacaq. Yəqin ki, gələn aydan başlayaraq orta dağlıq hissədə sulu qarın yağması müşahidə olunacaq. Bununla da torpaq profili ərimiş qarların hesabına tədricən öz nəmlik dərəcəsini artıracaq. Ağaclarda da yarpaqtökmə prosesi başlayacaq. Amma əvvəlcədən yağıntıların miqdarı barədə nəsə dəqiq proqnoz etmək çətindir. Bundan asılı olaraq biz fəsadlar da, normal gediş də gözləyə bilərik".

Ekspertin fikrincə, hələlik sürüşmədən danışmaq tezdir: "Sürüşmə prosesinə çox qalıb. Torpaq profilində, ən azı meşə bitkilərinin kök ehtiyatına daha çox su toplanmayıb. Orta hissəyə qədər nəmlənməyə çox qalıb. Gərək nəmlənmə çox gedə ki, sürüşmə qatına qədər gedib çatsın. Yəni, sürüşməyə çox qalıb. Yaxın müddətdə həmin prosesi gözləmək olmaz. Amma yağıntılar normadan çox düşərsə, dekabr ayından sonra o prosesi gözləmək olar. Növbəti ilin başlanğıcına qədər güclü yağıntılar gözləmək olar. Nəticədə itirilmiş yağıntıların miqdarında kompensasiya yarana bilər. Ancaq yağıntıların az düşmə ehtimalı da var. Güclü yağıntılar olarsa, sürüşmə ilə bərabər, başqa problemlər də yaşaya bilərik".

Ekoloq Telman Zeynalovun fikrincə isə, bu qış sərt keçə bilər: "Uzunmüddətli quraqlıqdan sonra leysanın düşməsi sürüşmə təhlükəsini yaradır. Sürüşmə torpağın boşalmasından baş verir. Həddən artıq quraqlıq keçdikdə yağış yağan kimi torpaq ağırlaşır. Altda gil olduğuna görə sürüşmə prosesi başlayır. Sürüşməyə digər səbəb isə yaşıllıqların qırılmasıdır".

Telman Zeynalov bundan sonra illik yağış normasının dolmasına inanmır: "Çünki, quraqlıq hələ yeni başlayıb. Adətən quraqlıq 7 il davam edən prosesdir. Ona görə də aidiyyatı qurumlar hazırlıq görməlidir. Qışda yağan yağıntıları anbarlara yığmaq lazımdır ki, yay vaxtı suvarmada istifadə edilsin".

Sizin Reklam Yeriniz